Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib - ŞƏKİL

Tarix: 19-03-2021 11:13     Baxış: 2429 A- / A+
Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib - ŞƏKİL


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, Vərəm əleyhinə QHT Koalisiyası, “Sağlamlığa Xidmət” İctimai Birliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkil etdiyi Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirildi.
Hər il dünyada 10 milyondan artıq insan vərəmlə xəstələnir və 1.6 milyon insan vərəmdən dünyasını dəyişir. Hər iki dəqiqədə bir uşaq dünyada vərəm səbəbiylə həyatını itirir. Tədbirin məqsədi ölkəmizdə və dünyada hazırda vərəmlə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkmək idi.

Manevr.az
xəbər verir ki, konfransda iştirak edən Səhiyyə Nazirinin müavini Rahim Əliyev, TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi və millət vəkili Soltan Məmmədov, millət vəkilləri Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəisi tibb xidməti generalı Rəfail Mehdiyev, Respublikanın Baş Ftiziatoru Prof.Dr.Yavər Şıxəliyev açılış nitqi ilə çıxış etdilər.
Konfransa həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Proqram rəhbəri Asker Yedilbayev və Stop TB Tərəfdaşlığının icraçı direktoru Dr.Lucica Ditiu onlayn şəkildə qatılıb çıxış etdilər.
Daha sonra ölkəmizdə və dünyada vərəmlə bağlı cari vəziyyət, penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət tədbirləri və eləcə də, vərəmlə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının vacib rolu haqqında aidiyyatı qurumlar təqdimatla çıxış etdilər. Pandemiya dövründə vərəmlə mübarizənin bir qədər çətinləşdiyi qeyd olundu.
Konfrans zamanı BMT-in Baş Assambleyasının vərəmlə bağlı 2018-ci ildə qəbul olunmuş siyasi bəyannaməsində müəyyən olunmuş hədəflərə çatmaq üçün vərəmlə mübarizənin sürətləndirilməsi üçün hansı addımların atıla biləcəyi və vətəndaş cəmiyyəti təşkilatlarının bu prosesə aktiv cəlb olunması barədə məsələlər müzakirə edildi.

Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib - ŞƏKİL
Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib - ŞƏKİL
Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib - ŞƏKİL
Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar