Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocavəndin İcra Hakimiyyəti Hadruta köçürülə bilər…

Tarix: 19-03-2021 10:31     Baxış: 2266 A- / A+
Xocavəndin İcra Hakimiyyəti Hadruta köçürülə bilər…


44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa rayonlarının qovşağında yerləşən Hadrut qəsəbəsi strateji əhəmiyyət daşıdığından Azərbaycan Ordusu üçün bu yaşayış məntəqəsinin azad edilməsi qaçılmaz idi. Və uğurlu hərbi əməliyyat nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi.

Təsadüfi deyildi ki, Hadrutun strateji əhəmiyyətini anlayan Ermənistan rəhbərliyi, düşmən ölkənin rəsmi şəxsləri Hadrut Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra da bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Məqsəd erməni əhalisini təşvişə salmamaq idi.

Məhz Hadrutun azad edilməsindən sonra Ordumuz Şuşaya istiqamət götürdü. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün Hadrutu azad etmək önəmli idi.

Qeyd edək ki, keçmiş Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilib. Keçmiş Martuni rayonunun isə böyük hissəsini azad olunub. Bu iki keçmiş rayon hazırda Xocavənd rayonunun inzibati ərazisinə daxildir.

Xocavəndin ərazisinin böyük hissəsi işğaldan azad edilsə də, rayon İcra Hakimiyyəti hazırda Beyləqanda fəaliyyət göstərir. Amma Xocavənd rayon İcra Hakimiyyətinin yaxın zamanlarda Hadruta köçürülə biləcəyi söylənilir.

Bəs Xocavənd rayon İcra Hakimiyyəti Beyləqandan azad olunmuş Hadrut ərazisinə köçürülə bilərmi?

Manevr.az xəbər verir ki, modern.az-ın bu sorğusunu Xocavənd rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şaiq Aslanov cavablandırıb.

O, bu məsələnin İcra Hakimiyyətinin səlahiyyətində olmadığını qeyd edib:

“Bildiyimiz kimi, Xocavənd İcra Hakimiyyəti hazırda Beyləqan ərazisində fəaliyyət göstərir. İcra Hakimiyyətinin Hadrut ərazisinə köçürülməsi isə bizdən asılı olan bir məsələ deyil. Xocavənd İcra Hakimiyyətinin Hadrut ərazisinə köçürülüb, orada fəaliyyət göstərməsi yalnız Prezident Administrasiyası tərəfindən veriləcək qərar əsasında müəyyənləşə bilər.

Amma onu qeyd edim ki, Xocavəndin işğaldan azad olunmuş kəndlərinin sakinləri tərəfindən bizə Hadruta köçürülmə ilə bağlı yazılı və şifahi müraciətlər daxil olur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar