Xəbər lenti
Dələduzluq cinayətlərinin sayı artıb – Ali Məhkəmədən açıqlama

“2016-cı ildə Ali Məhkəmənin Cinayət Kollegiyasının icraatında olan 2671 nəfər haqqında 2409 işdən 2126 nəfər haqqında 1886 işə baxılıb. 2015-ci ildə 2110 nəfər haqqında 1856 işə baxılıb, bununla da 2015-ci illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 1,6 faiz və 0,8 faiz arıtm olub”.
Manevr.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin bu gün keçirilən Plenumunda bildirilib.
Qeyd olunub ki, 2016-cı ildə Cinayət kollegiyasında kasasiya qaydasında baxılmış işlər üzrə şəxslər əsasən mülkiyyət əleyhinə, həyat və sağlamlıq əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan, ictimai təhlükəsizlik əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət əməllərini törətdiklərinə görə məhkum olunmuş, kasasiya şikayətləri və kasasiya protestləri də ən çox məhz bu cinayətlərə görə məhkum olunmuş şəxslər haqqında qəbul edilmiş hökm və qərarlardan verilib:
“Ləğv olunmuş və ya dəyişdirilmiş qərarlar sırasında isə mülkiyyət əleyhinə cinayət törətmiş şəxslər haqqında qəbul edilmiş qərarlar və ya çıxarılmış hökmlər daha çox olub.
Kasasiya qaydasında baxılmış işlər üzrə talama cinayətlərinə, bu cinayətlərin sırasında da dələduzluğa görə (CM-nin 178-ci maddəsi) məhkum edilmiş şəxslər çoxluq təşkil edib”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar