Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbs olunan general Milli Qəhrəman adından məhrum edilər bilər? -ŞƏRH

Tarix: 17-03-2021 13:53     Baxış: 3235 A- / A+
Həbs olunan general Milli Qəhrəman adından məhrum edilər bilər? -ŞƏRH


General-leytenant Rövşən Əkbərovun Milli Qəhrəman adı geri alına bilər.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov deyib. Onun sözlərinə görə, bu barədə Cinayət Məcəlləsinin 42.0.5. maddəsində göstərilib:

"42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; 42-ci maddəsində cəzanın növləri nəzərdə tutulub. 42.0.5-ci maddəyə əsasən məhkəmə təqsirləndirilən şəxsi xüsusi rütbədən məhrum edə bilər”.

Hüquq müdafiəçisi Əkrəm Həsənov isə bildirib ki, məhkəmə Rövşən Əkbərovu Milli Qəhrəman adından məhrum edə bilməz:

"Cinayət Məsəlləsinin 48-ci maddəsində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə adlı cəza növü nəzərdə tutulur. Həmin maddəyə görə ağır və xüsusi ilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliyini, xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onu xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsi ilə bağlı qərar verə bilər. Məhkəmə belə bir qərara gəlsə də, özü onu Milli Qəhrəman adından məhrum edə bilməz, dövlət başçısı qarşısında təqdimat verməlidir. Milli Qəhrəman fəxri addır. Son qərar dövlət başçısınındır. Amma ola bilər ki, məhkəmə istəlinən şəxsi cinayətkar kimi tanısa da, ona digər cəza təyin etsə də, fəxri adına dəyməyə bilər. Bu işin halından asılıdır”.

Qeyd edək ki, Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, general-leytenant 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşə Əliyev Elçin Fəday oğlunu 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürməkdə ittiham olunur. 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar