Xəbər lenti
"Generalın 19 il öncəki qətlə görə indi həbs edilməsi bəhanədir"
“Rövşən Əkbərovun bu gün 19 il öncəki cinayətə görə həbs edilməsi bəhanədir”.
Manevr.az xəbər verir ki, bu fikirləri bizimyol.info-ya Ümid partiyasının sədr müavini Ənvər Ağazadə səsləndirib.
“Bu gün Azərbaycanda rəsmi milyarderlər yoxdur, amma məmurların hamısı ən az milyoner, daha üst ranqda olanlar milyarderdir. Bizim oliqarx sistemimiz də məmurlardan ibarətdir. Rövşən Ələkbərovun bu gün 19 il öncəki cinayətə görə həbs edilməsi bəhanədir.Bu hadisə zamanında dəfələrlə dövrü mətbuatda səslənib. Amma ona heç kim heç nə deməyib. Rövşən Əkbərobv o dövrlərdə milli qəhrəman idi. Cəzalandırılmaq əvəzinə bu illər ərzində vəzifəsində pillə - pillə yüksəlib. Ən acınacaqlı budur ki, general bizneslə məşğul olub və bu hadisə şəxsi biznes marağı üzərində törədilmişdi. İctimailəşdirilmiş bir hadisəyə əlaqədar strukturlar diqqət etməliydi, amma heç bir rəsmi tədbir görülmədi. O OMON-dan parlayıb çıxan adam idi və Qarabağ uğrunda xidmətləri də var idi. Törətdiyi cinayət xidmətlərinə görə ört- basdır edildi, ədalət tapdandı. Amma məncə bu həbs aprel hadisələri ilə və yol verdiyi xidməti səhvləri ilə bağlıdır. Bizim ən böyük problemimiz odur ki, generallarımız bizneslə məşğul olur, onun da adı kafel biznesində hallanırdı”,- deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, Rövşən Əkbərovun həbsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif rəylər yazılır. Keçmişdə onun komandanlığı altında xidmət etmiş adamların böyük əksəriyyəti onun xidmət dövründə çəkdikləri əziyyətlərdən yazaraq, öz narazılıqlarını ifadə ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar