Xəbər lenti
General Azərbaycan Ordusunun irimiqyaslı təliminin əsl səbəbini AÇIQLADI
Bu təlimlər Müdafiə Nazirliyinin Ali Baş Komandan qarşısında təsdqilədiyi plana uyğun olan təlimlərdir.
Manevr.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
General bildirib ki, Azərbaycan Ordusu yeni alınan silahların tətbiqi ilə bağlı təlimlərdə sınaq atışları keçirir:
"Azərbaycan Silahlı Qüvvələrinin dünəndən etibarən başlayan əməliyyat-taktiki təlimlərinin bundan əvvəlki təlimlərdən fərqi ondan ibarətdir ki, biz bu yaxınlarda 44 günlük Vətən Müharibəsindən sonra qələbə qazandıq, müəyyən nailiyyətlər əldə olunub. Həm Hava Hücumundan Müdafiə Qüvvələrinin, həm Hərbi Hava Qüvvələrinin, quru qoşunlarının, əsasən xüsusi təyinatlıların, zirehli texnikaların istifadəsində qazanılan təcrübələri təzədən təkmilləşdirmək söhbəti gedir. Bundan əlavə, Azərbaycan Ordusu yeni alınan silahların tətbiqi ilə bağlı orada sınaq atışları keçirir. Onlarda da təcrübə qazanmaq üçün müəyyən məsələlər həll edilir.
Həm də qoşunların idarə olunmasında ən çətin məsələlərdən biri də qoşunların qarşılıqlı fəaliyyətidir, uzlaşma deyirlər buna. O hazırlığı da yoxlamaq üçün bu təlim əhəmiyyətlidir.
Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Xocalı rayonunun mərkəzində hələ də ermənilərdi və müəyyən kommunikasiya məsələlərini həll etmək üçün, Laçın koridorunda ermənilərin gediş-gəlişinin təşkili, Zəngəzur koridorunun tez bir zamanda açılması, minalanmış sahələrin yoxlanılması məsələləri qalır. Onu da unutmayaq ki, işğaldan azad edilən həmin ərazilərin hər qarışında mina ola bilər və meşələrdə də hər kvadrat metrdə də hansısa erməni silahlıları, qeyri-qanuni qruplaşmaların təxribatı planlaşdırıla bilər. Ona görə də bu cür halların qarşısını almaq üçün belə bir qərar verilib".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar