Xəbər lenti
Məktəblər bağlanır? - Təhsil Nazirliyindən MÜHÜM AÇIQLAMA
Artıq bir neçə təhsil müəssisəsi koronavirus səbəbindən bağlanıb və təhsil distant formaya keçirilib. Bu səbəbdən də sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı söz-söhbət səngimir.
Manevr.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Baku.ws-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.
"Təhsil Nazirliyi informasiyaya açıq qurumdur. Əgər hansısa hadisə barədə qərar verilərsə, təbii ki, bu barədə açıqlama veriləcək. Ən azından bu barədə məlumat veriləcək.
Hazırda Azərbaycanda dərslər öz axarı ilə davam edir. Ölkədə 4400 çox məktəb var. Bu məktəblərin hansındasa virus aşkarlananda, dərhal müəyyən edilir. Bununla bağlı müasir qaydada tədbir görülür. Dərslər distant formaya keçirilir.
Belə lokal qapanmalar olsa da, təhsil müəssisələrində hazırkı yoluxma səviyyəsi təhlükəli hədd deyil. Bununla bağlı təhsil müəssisələri ilə təlimlər, maarifləndirmə işləri aparılır. Cəmiyyətə baş verən hadisələr barədə operativ məlumatlar verilir. Xüsusi gərginliyə ehtiyac yoxdur.
Hər kəs bilir ki, hansısa məktəbdə yoluxma qeydə alınan zaman valideynlərlə əlaqə saxlanılır. Həmin şagird və ya müəllim lokallaşdırılır.
O şəxs karantinə götürülür. Karantin müddəti bitdikdən sonra yoluxmuş şəxs yenidən test verir. Cavab neqativ çıxdıqdan sonra həmin şəxs təhsilə davam edir. Dünyada da, Azərbaycanda da belədir", - deyə Cəsarət Valehov bildirib.
Manevr.az[/color
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar