Xəbər lenti
Bank kartlarla bağlı xəbərdarlıq etdi

Son günlər bəzi saytlarda və Facebook sosial şəbəkəsində olan səhifələrdə Kapital Bank haqqında əsassız məlumatlar dərc olunub. Məsələ ilə bağlıbankın mətbuat katibi Pərviz Sədrəddinovun verdiyi məlumata görə, Kapital Bank qiymət və tariflərlə bağlı hər zaman müştərilərini məlumatlandırır.
“Ödəniş kartları üzrə tariflər bankın internet səhifəsində, həmçinin müştəriyə təqdim edilən müqavilədə öz əksini tapır. Misal üçün, Kapital Bank-a məxsus məvacib, təqaüd və digər sosial kartlardan bankın bankomatlarından vəsait nağdılaşdıran zaman heç bir komissiya tutulmur. Müştərinin öz istəyi əsasında əldə olunan debet kartlarından nağdılaşdırma zamanı isə 1%, minimum 1 AZN komissiya tutulur. Odur ki, müştərilərdən xahiş olunur ki, hər hansı bir əməliyyat etməzdən əvvəl tariflərlə tanış olsunlar.
Həmçinin təhlükəsizlik qaydalarına uyğun olaraq müştərilərə tövsiyə olunur ki, kartlarını başqa şəxslərə verməsinlər. Çünki ödəniş kartına görə sahibi birbaşa məsuliyyət daşıyır. Kart sahibinin xəbəri olmadan müəyyən məqsədlərə çatmaq üçün onun etibarından sui-istifadə halları baş verə bilər” – deyə, Pərviz Sədrəddinov bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar