Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanı silkələyən iddia: Sanksiyalara rəğmən Kanada “Bayraktar”lar üçün texnika satıb?

Tarix: 14-03-2021 11:02     Baxış: 3132 A- / A+
Ermənistanı silkələyən iddia: Sanksiyalara rəğmən Kanada “Bayraktar”lar üçün texnika satıb?


Kanadanın ölkəyə məxsus texnikanın Azərbaycan - Ermənistan münaqişə zonasında mövcudluğu məsələlərini araşdıran parlament komitəsinə təqdim olunan sənədlərdən birində baş nazir Castin Trüdo hökumətinin Türkiyəyə tətbiq edilən sanksiyaları yardığı qeyd olunub.

Bu barədə "The Globe and Mail" nəşri məlumat yayıb.

Kanada 2019-cu ildə Türkiyəyə bir sıra silah və texnikaların satışına qadağa qoyub. Bunlardan biri də "Bayraktar" PUA-larında tətbiq olunan "L3Harris Wescam" optik texnikası olub. Lakin 2020-ci ildə Kanada Türkiyənin bu texnikadan Suriyada humanitar məqsədlərlə istifadə etdiyi qənaətin gələrək sözügedən cihazın Türkiyəyə satışına istisna hal kimi icazə verib.

Erməni mətbuatı hazırda "Bayraktar" PUA-larında da istifadə olunan "L3Harris Wescam" optik texnikasının sanksiyalara baxmayaraq Türkiyəyə necə satıldığını araşdırmağa cəhd edir.
Görünür, Türkiyənin Kanada ilə NATO müttəfiqi olduğunu və regionda alyansın ən önəmli dayağı olması faktını unudan Ermənistan, dövlət və diaspora səviyyəsində görülən bütün işlərə, hər vəchlə Türkiyənin yoluna əngəl çıxarmaq istəməsinə baxmayaraq, rəsmi Ankaranın bu məsələdə istədiyini almasını həzm edə bilmir.(oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar