Xəbər lenti
Qarabağa qayıdışla bağlı keçirilən sorğuda 30 min köçkün iştirak edib
Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğuda artıq 30 min şəxs iştirak edib.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə məcburi köçkünlərin Qarabağda məskunlaşdırılması ilə bağlı aparılan tədqiqat işinin yerinə yetirilməsi ilə əlaqədar ADA Universitetinin nəzdində yaradılmış qrupun üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev deyib.
Onun sözlərinə görə, hədəf 100 min insanın sorğuda iştirakıdır:
"Artıq ötən ayın 22-dən etibarən əhali arasında sorğuya start verilib, bu günə qədər 30 min şəxs sorğudan keçib və proses hazırda davam edir. Bizim hədəfimiz sorğunun 100 min qaçqın və məcburi köçkünü əhatə etməsidir. Bu qədər əhali öz mövqeyini bildirərsə, sözsüz ki, bu barədə tədqiqat qrupu tərəfindən müvafiq proqnozlar, layihələr hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq. Eyni zamanda, üzbəüz sorğunun da keçirilməsi planlaşdırılır. Bu sorğu isə daha kiçik çərçivədə, təsadüfi seçilmiş, təqribən 1100 ailəni əhatə edəcək".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar