Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fəxrəddin Paşayev: "Azərbaycanda yaşayan bütün xalqlar Prezidentin “Dəmir yumruğu” ətrafında sıx birləşib"

Tarix: 13-03-2021 10:44     Baxış: 1417 A- / A+
Fəxrəddin Paşayev: "Azərbaycanda yaşayan bütün xalqlar Prezidentin “Dəmir yumruğu” ətrafında sıx birləşib"

“Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı hesab edirəm ki, Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm rol oynayacaqdır. Belə düşünməyə kifayət qədər əsaslar var”.

Manevr.az xəbər vrir ki, bu sözləri YAP-ın qurultayında Prezident İlham Əliyevin Azərbaycanda milli məsələlərlə bağlı söylədiyi fikirlərə münasibət bildirən “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev deyib.

Onun sözlərinə görə, YAP-ın VII qurultayı ictimai-siyasi mahiyyətinə görə tarixi əhəmiyyət daşıyır. Sözügedən qurultayda dövlət başçısının ölkəmizdəki milli-etnik vəziyyətlə bağlı söylədiyi fikirlər bizim hər birimizin ürəyimizdən xəbər verir:

“Belə ki, qurultay 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra keçirildi. Xalqımızın sarsılmaz milli birlik nümayiş etdirərək qazandığı böyük Zəfərdən sonra keçirilməsi bu qurultayın tarixi əhəmiyyətini bir daha nəzərə artırır.

Son qurultay olduqca məhsuldar olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın xalqımızın və dövlətçiliyimizin sonrakı taleyində böyük rol oynayıb.

Mən burada Azərbaycanda hər zaman öz dövlətçilik mövqeyi ilə seçilən kürd xalıqının təmsilçisi kimi, deyə bilərəm ki, bu qurultayda müzəffər Ali Baş Komandan, YAP Sədri Cənab İlham Əliyevin nitqini xüsusi qeyd etmək istəyirəm. Cənab Prezidentin həmin çıxışını dinləyən milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qəlbi qürur hissi ilə dolur.

Bir amili də nəzərə çatdırım ki, 44 günlük Vətən savaşında Azərbaycanda yaşayan bütün etnik millətlərin nümayəndələri el birliyi ilə iştirak etdilər, xeyli şəhidlər verdilər, qazilər var. Ölkəmizdə yaşayan elə bir azsaylı xalq yoxdur ki, onlardan Qarabağın azadlığı uğrunda şəhid olmasın. Belə birliyi Azərbaycanda ümimmilli lider Heydər Əliyev yaratdı, Prezident İlham Əliyev də bu siyasəti uğurla inkişaf etdirdi.

Qurultaydakı nitqində Prezidentimiz Azərbaycandakı dini konfenssiyaların, etnik xalqların birgəyaşayışı, multikultural dəyərlərlə bağlı olduqca qiymətli fikirlər səsləndirdi. Qazanılan qələbədə bütün xalqların rolu olduğunu ayrıca vurğuladı. Bu xalqların birliyi, möhtərəm Prezidentimizin dediyi kimi, “Dəmir yumruq” olub düşmənin başını əzdi. Bu, bizim hər birimizi qürurlandırır.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində düşmənlərimizin Azərbaycanda yaratmaq istədiyi milli gərginlik planları hər zaman iflasa uğrayıb, bundan sonra da belə olacaqdır.

Azərbaycanda yaşayan bütün xalqar Prezidentin “Dəmir yumruğu”nun ətrafında sıx birləşib. Vətənimiz Azərbaycanın hər qarış torpağı uğrunda canımızdan keçməyə hazırıq. Biz birlikdə güclüyük!”.

Taleh

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar