Xəbər lenti
Müşfiq Məmmədli Sumqayıt Dövlət Dram teatrının kollektivi ilə görüşüb - ŞƏKİLLƏR

Bu gün deputat Müşfiq Məmmədli Sumqayıt Dövlət Dram teatrının bir qrup kollektivi ilə görüşüb.
Manevr.az-ın məlumatına görə, görüş zamanı millət vəkili Azərbaycanda Milli teatrın 148, həmçinin Sumqayıt teatrının yaranmasının 52 illiyi münasibəti ilə kollektivi təbrik edib. Möhtərəm Prezident, cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə yeniləşən, müasirləşən və qüdrətlənən Azərbaycanda teatra olan diqqət və qayğı, eyni zamanda Sumqayıt teatrında son dövrlərdə görülən işlər, maddi-texniki bazanın müasir dünya standartlarına uyğun qurulması, yeni yaradıcılıq fəaliyyəti haqda maraqlı fikir mübadiləsi aparılib. Görüşdə Sumqayıt Dövlət Dram Teatrının direktoru Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Həmidov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, rejissor, Əməkdar artist Namis Şirməmmədov, Əməkdar artist İlahə Səfərova iştirak edib.
Manevr.az







Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


