Xəbər lenti
Qarabağa qayıdan erməni: Hamı ümidsizdir, Azərbaycan əsgəri...
Müharibədən sonra Rusiya sülhməramlıları tərəfindən Xankəndiyə qaytarılan ermənilər qorxu ilə yaşayır.
Manevr.az xəbər verir ki, Xankəndiyə qayıdan erməni qadın Anaida Ayrapetyan əhval-ruhiyyənin çox mənfi olduğunu deyib:
“Müharibədən sonra Xankəndiyə qayıdanda həyat donmuşdu, yalnız dekabrın 1-də işə çağırılanda bir qədər canlanma oldu. Lakin insanların ümumiyyətlə əhval-ruhiyyəsi yoxdur, üstəlik hələ də qorxu ilə yaşayırıq. Küçələrdə çox az insan var, axşam 9-dan sonra nəqliyyat işləmir, qaranlıq düşən kimi hər kəs evə gedir”, - deyir.
Erməni qadın qeyd edir ki, müharibədən sonra həm Ermənistanda, həm də Qarabağda yaşamaq çox bahalaşıb:
“Qiymətlər dəhşətlidir. Əvvəllər 550 dram olan yağ indi 1020-1100 dramdır. Evsizlər çoxdur. Bələdiyyənin qarşısında yardım almaq istəyənlərin növbəsi çox dəhşətlidir. Nəqliyyat işləyir, lakin əvvəlki marşrutlar dəyişib”.
A.Ayrapetyan Azərbaycan əsgərlərinin Xankəndidə supermarketlərə gəldiyi haqda söhbətlərin olduğunu deyir: “Rastlaşmamışam, lakin bu haqda danışırlar”.
O, müharibədən sonra geri qayıdan ermənilərin qeyri-müəyyən əhvalda olduğunu qeyd edib:
“İnsanlar nəsə etmək, hətta işləmək belə istəmir. Qeyri-müəyyənlik var. İnsanlar ümidsiz haldadır. Əvvəllər kəndlərdə yaşayanlar torpaqda işləmək istəyirlər, amma işləmələri üçün torpaq varmı?! Müharibə bitib, lakin yenidən başlaması haqda söz-söhbətlər gəzir. Hətta müxtəlif tarixlər haqda da danışırlar: ayın 12-si, yaxud 16-sı və s. Vəziyyət qeyri-müəyyəndir”.
A.Ayrapetyanın sözləri Qarabağa qaytarılan ermənilərin burada yaşamaq istəmədiklərini təsdiqləyir. Onlar üçün həyat perspektivi yalnız Azərbaycan vətəndaşlığı altında yaşamaqdır, təbii ki, seçim özlərinindir: ya Azərbaycan vətəndaşı olaraq yaxşı şəraitdə yaşayacaq, ya da Ermənistana gedəcəklər./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar