Xəbər lenti
Çovğun səbəbindən Azərbaycanın əsas yollarından biri bağlandı
Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti xeyli çətinləşib.
Manevr.az-ın xəbərinə görə, hazırda Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən çovğun və buzlaşma nəticəsində çoxlu sayda avtomobil yolda qalıb. Güclü küləyin dağlardan gətirdiyi qar yolun hərəkət hissəsini tamamilə örtüb, buzun üstündə sürüşən avtomobillərin hərəkəti dayanıb. Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün bu gün saat 13:30 radələrindən Bakı-Şamaxı yolunun Qobustanın Nərimankənd kəndi və Şamaxı şəhəri ərazilərində postlar quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir. Lakin, çovğun səbəbindən magistral yolun böyük hissəsini qar və buzdan təmizləmək mümkün olmadığı üçün nəqliyyatın hərəkəti dayandırılıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar