Xəbər lenti
"İcra başçısı özünü qanundan üstün sayır" - Nəsimidə gecə ilə evləri sökən qoçular

Nəsimi rayonunda tikinti şirkətlərinin özbaşınalığı davam edir. Gecə ilə evlər sökülür, məhkəmə qərarı olmadan vətəndaşların əmlakı darmadağın edilir.
Bu mövzular bir neçə dəfə ictimailəşdirməsinə baxmayaraq, nə icra hakimiyyəti, nə müvafiq qurumlar, nə də tikinti şirkəti vətəndaşların problemini həll etmir.
Aylardır evlərindən çıxarılan vətəndaşlarla heç kim maraqlanmır. Nəsimi Rayon İcra hakimiyyəti isə bütün bu baş verənlərə göz yumur.
Narazı vətəndaş Mansur Ələkbərov deyir ki, icra başçısı Asif Əsgərov rayonu öz "qanunları" ilə idarə edir: "Özlərini qanundan üstün sayırlar".
Mülkiyyət hüququ pozulan, tikinti şirkətinin təklifi ilə razı olmadığı halda evi sökülən vətəndaşlar yeganə çıxış yolunu ölkə başçısına müraciət etməkdə görürlər.
Qeyd edək ki, adı çəkilən tikinti şirkətlərinin özbaşınalığı bununla bitmir. Növbəti reportajlarımızda vətəndaşları naraht edən bu mövzunu gündəmdə saxlayacağıq. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar