Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xalqın etimad ünvanı

Tarix: 11-03-2021 14:02     Baxış: 3266 A- / A+
Xalqın etimad ünvanı


Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanda ötən həftənin əsas siyasi hadisəsi kimi yadda qaldı. Partiya fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə daha çevik mexanizmlərin formalaşdırılması istiqamətində mühüm qərarların qəbul olunduğu qurultayın əsas məqamı Prezident, partiyamızın sədri İlham Əliyevin çıxışı oldu.


YAP 29 il əvvəl xalqımızın Ulu Öndəri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müxalifət partiyası kimi yaranıb. Lakin YAP həmin dövrdə meydanlarda və iqtidarda olan bir sıra partiyalardan fərqli olaraq xalqa və dövlətə müxalif deyildi. Siyasi zərurət və xalqın sosial sifarişi olaraq təsis edilən YAP yarıtmaz siyasət yürüdən iqtidara, dövlətçiliyimizə təhlükə yaradan qüvvələrə qarşı müxalifətdə idi. Sağlam və sivil siyasi dəyərlər üzərində formalaşmasının, xalqın və dövlətə xidmət məramını əsas tutmasının nəticəsi idi ki, yarandıqdan cəmi bir il sonra YAP artıq hakim partiya statusunu almışdı. 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün seçkilərin qalibləri isə YAP-ın namizədləri olmuşdular. Bu, YAP-ın cəmiyyətdəki əhəmiyyətli yerinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq insanların bu təşkilata olan böyük etimadının təcəssümüdür.

2003-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 18 ildəki əzmkar fəaliyyəti Azərbaycanın böyük inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətimizdəki alternativsiz siyasi qüvvə kimi yerini və statusunu möhkəmləndirib. Bu baxımdan YAP-ın güclü və aparıcı siyasi partiya kimi özünü göstərməsi həm də İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.

Cənab İlham Əliyevin qurultayda çıxışını dinlədikcə bir daha YAP-ın dövlətimiz və xalqımız qarşısındakı xidmətləri gözümüz önündə canlandı. Bu partiyanın sıralarında olmağımızdan qürur hissi keçirdik.

YAP-ın altıncı qurultayı 2018-ci ilin fevral ayında keçirilmişdi. Ötən 3 ildə Azərbaycanda olduqca mühüm pozitiv dəyişikliklər baş verib. Bu dövrdə həyata keçirilən islahatlar respublikamızın siyasi və sosial həyatında, idarəetmədə bir sıra yeniliklərlə yadda qalıb. Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin keyfiyyətini daha da artırıb. Bu islahatların hər biri, idarəetmədəki keyfiyyət dəyişiklikləri vətəndaş məmnuniyyətinə yol açıb, cəmiyyətimizdəki sosial və siyasi həmrəyliyi daha da gücləndirib. Dövlət başçısı çıxışında bu məqamlara da toxundu. Təbii ki, ötən 3 ildə cəmyyətimizə daha yüksək ovqat bəxş edən bu uğurlara görə bir daha sevindik.

Əlbəttə ki, bu dövrün ən böyük uğuru və ən mühüm hadisəsi Ermənistanın işğal siyasətinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti Azərbaycanı qalib dövlətə çevirdi, qürurumuzu yüksəltdi. Bu Qələbə xalqımızın həmrəyliyinin təntənəsi oldu.

Cəmiyyətimizdə baş verən yeniliklər, Vətən müharibəsindəki Qələbə həm də sıralarında təmsil olunduğum Yeni Azərbaycan Partiyasının uğurlarıdır. Bütün bunlar YAP-ın hakim və aparıcı partiya olaraq mövqelərini daha da möhkəmləndirir. Eyni zamanda ölkəmizdə hər bir sahədə qazanılan nailiyyət insanların YAP-a olan etimadını yüksəldir.

Prezident İlham Əliyevin çıxışı həm də proqram xarakterli idi. Bu mənada dövlət başçısının toxunduğu məsələlər həm də YAP-ın fəaliyyətində yeni istiqamətləri, qarşıdakı vəzifələri müəyyən etdi. Qurultayda qəbul olunan qərarlar isə YAP-ın müasir siyasi dünyagörüşünə malik olan partiya olduğunu bir daha təsdiqlədi. YAP-ın İdarə Heyətinin yeni tərkibi isə partiyamızın gənclərə olan etimadının növbəti nümunəsidir. Yeni tərkibdə formalaşan İdarə Heyəti və yeni Nizamnamənin qəbulu partiya fəaliyyətinin uğurla həyata keçirilməsinə layiqli töhfə verəcək.

Bütövlükdə VII qurultay göstərdi ki, YAP öz məramını uğurla həyata keçirir. Ulu Öndərin müəyyən etdiyi bu missiya cənab İlham Əliyevin rəhbərliyi ilə şərəflə və fədakarlıqla, ən əsası isə alternativsiz siyasi kursla müşayiət olunur. Bütün bunlar həm də ondan xəbər verir ki, YAP hər zaman xalqın yeganə etimad ünvanı olacaq və hakim siyasi təşkilat statusunu saxlayacaq.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar