Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ali Məhkəmə Arif Alışanovla bağlı İKİ QƏRAR VERDİ

Tarix: 10-03-2021 09:02     Baxış: 3175 A- / A+
Ali Məhkəmə Arif Alışanovla bağlı İKİ QƏRAR VERDİ


Dünən Ali Məhkəmədə "AzTV" QSC-nin keçmiş sədri Arif Alışanovla bağlı iki şikayətə baxılıb.

Bu barədə Alışanovun iddiası əsasında 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şamaxı rayon sakini Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva məlumat verib.

O bildirib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə atası da iştirak edib: "Prosesdə atamın vəkili İmanqulu Həsənov çıxş edərək, Ş. Əkbərov barəsində verilmiş hökmün ədalətsiz olduğunu, ittihamda göstərilən halların istintaqda və məhkəmədə sübut olunmadığını bildirdi. Atam da öz növbəsində dedi ki, o, A. Alışanova qarşı heç bir cinayət törətməyib, tamamilə günahsızdır. Hakim Fərhad Kərimov ədalətli qərar verdi, cinayət işi ləğv olunaraq Apellyasiya Məhkəməsinə qaytarıldı. Ona sonsuz minnətdarlığımızı bildiririk".

C. Tağıyeva daha sonra bildirib ki, bu gün eyni zamanda Ali Məhkəmədə anası Səlimə Sadıqovanın şikayətinə də baxılıb: "Arif Alışanov atamı həbs etdirdikdən sonra bütün əmlakımızı, hətta ata-baba evimizi, torpaq sahələrimizi zorla əlimizdən alıb. Hazırda yaşamağa yerimiz yoxdur. Çox təəssüf ki, məhkəmə instansiyaları Arif Alışanovun sifarişlərini icra edib. Bu gün ümidimiz vardı ki, Ali Məhkəmə ədalətli qərar verəcək. Amma hakim Aqil Abbasov daha böyük ədalətsizliyə imza atdı".

Onun sözlərinə görə, məhkəmədə A. Alışanov tərəfdən heç kim, hətta vəkili belə iştirak etməyib: "Buna baxmayaraq, hakim anam S. Sadıqovanın şikayətini təmin etmədi. Nəticədə biz bütün əmlakmızdan məhrum olduq. Nə edəcəyimizi, harada yaşayacağımızı bilmirik". / "azpolitika"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar