Xəbər lenti
Rusiya səfirinin qatillərinə HÖKM OXUNDU
Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi barədə cinayət işi üzrə hökmünü açıqlayıb.
"RİA Novosti" bildirir ki, 28 şübhəlidən beşi bəraət alıb. Doqquz nəfərə 5 ildən 15 ilədək həbs cəzası kəsilib. Daha beş nəfər ömürlük həbs cəzasına məhkum olunub. Doqquz nəfər isə hələ də axtarışdadır.
Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada açılmış "Rusiya Kalininqraddan Kamçatkayadək səyyahın gözü ilə" fotosərgisində qətlə yetirilmişdi. Türkiyə hökumətinin məlumatına görə, səfirə polis əməkdaşı Mevlüt Mert Altıntaş atəş açmışdı. Onu mühafizəçilər məhv etmişdilər.
Qətldə 28 nəfər, o cümlədən terrorçubaşı elan edilmiş Fətullah Gülən təqsirləndirilirdi. O isə bütün ittihamları rədd edir. Yekun hökmdə qeyd olunur ki, Karlovun qətli Türkiyə-Rusiya münasibətlərinə zərbə vurmaq məqsədi daşıyan təxribatdır.
Rusiyalı səfirin qətli barədə məhkəmə 2019-cu il yanvarın 8-də başlayıb. Türkiyə prokurorluğu 8 şübhəliyə - Şahin Sögüt, Ramazan Yücel, Ahmet Kılıçarslan, Salih Yılmaz, Hüseyn Kötüce, Vehbi Kürşat Akalın, Hayreddin Aydınbaş və Mustafa Timur Özkana - ömürlük həbs cəzası tələb edib.
Hasan Tunc, Ayşe Sögüt, Kaan Bülbül, Sercan Başar və Ufuk Gülə prokurorluq 15 il həbs cəzası, Doğukan Söyləməzin, Kadir Şamlının, Oğuzhan Öztürkün, Abdulsamet Kekeçin, Sefa Kurnazın və Bilal Dərəlinin isə bəraət almasını istəyib.
Axtarışda olan 9 nəfərin, o cümlədən F.Gülənin cinayət işinə isə prokurorluq ayrıca baxmağı xahiş edib.
Moskva Ankaranın bu qərarından məmnun qalıb. Rusiya XİN-dən verilən məlumata görə, Moskva Ankaranın Karlovun qətlini sifariş edənlər barədə tam məlumatı Rusiya tərəfinə ötürəcəyinə ümid edir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar