Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru

Tarix: 08-03-2021 23:02     Baxış: 5225 A- / A+
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru



Qlobal pandemiyanın nəticələri bir çox hallarda kişilərdən daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib.


Manevr.az trend-ə istinadən bildirir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

ÜST-nin Baş direktoru bildirib: "Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".

Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar: "Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür".

A.Qebreyesus dünyadakı tibb işçilərinin təxminən 70 faizini təşkil edən qadınların "pandemiya şəraitində müalicə və həyatların xilas edilməsində əsas rol oynadığını xatırladıb.

8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ÜST-nin Baş direktoru səhiyyə sahəsində işləyən qadınlara "sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə təşəkkür edib".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar