Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan qadını dünyanın ən ali bəşəri dəyərlər daşıyıcısıdır

Tarix: 08-03-2021 09:54     Baxış: 3293 A- / A+
Azərbaycan qadını dünyanın ən ali bəşəri dəyərlər daşıyıcısıdır

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı


Beynəlxalq Qadınlar Günü dünyada ən kütləvi qeyd olunan bayramlardan biridir. Çünki qadınlar bar verən həyat ağacları, ömürlərin tarazlığını qoruyub-saxlayan, milli-mədəni sərvətləri nəsildən-nəslə ötürən nurlu varlıqlardır. Onların olduğu yerdən gözəllik, səliqə-sahman əskik olmaz.

Azərbaycan xanımları isə dünyanın ən ali bəşəri dəyərlər daşıyıcısı, ən fədakar, ən layiqli qadınlarıdır. Onlar hər cür tərifə, təqdirə və ülvi arzulara layiqdirlər. Mayasını ana südündən, ana laylasından tutan yüksək vətənpərvərlik duyğusu, el-oba təəssübü kimi yüksək insani keyfiyyətləri öz balalarının can cövhərinə çevirən Azərbaycan qadınları ömürlərimizin günəşidirlər.

Mən səhiyyə sistemində çalışıram. Parlamentdə Səhiyyə komitəsinin üzvüyəm. Sumqayıtda çalışdığım tibb ocağında, eləcə də ölkəmizin digər xəstəxana və poliklinikalarında onlarca qadın tibb işçisi fəaliyyət göstərir. Desəm ki, onların böyük əksəriyyəti özlərinin peşə bacarığı, xəstələrə qayğıkeş münasibəti, şəfalı əlləri ilə fərqlənirlər, mübaliğə etmiş olmaram. Çünki daha canıyanan, saf və xeyirxah olmaları onların üstün cəhətləridir.

Bu gün başda ixtisasca həkim olan birinci xanım Mehriban Əliyeva olmaqla, bütün qadınlarımızı, bütün qadın həmkarlarımı gözəl bayramları münasibəti ilə ürəkdən təbrik edirəm. Bizim əziz şəhid analarımızın qarşısında ehtiramla baş əyir, əllərindən öpür və onlara səbr diləyirəm. Əgər onların dünyaya gətirib Vətən üçün yetişdirdikləri igid oğullarımız, qəhrəman əsgər, gizir və zabitlərimiz, cəngavər xüsusi təyinatlılarımız, qartal qıylı pilotlarımız olmasaydı ötən payızda dünyanı heyran qoyan 44 günlük zəfər yürüşümüz möhtəşəm zəfərimizlə başa çatmaz, müqəddəs torpaqlarımız azadlığına qovuşmazdı. Bu yerdə mənimlə eyni şəhərin sakini olmuş Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın oğlu haqqında söylədiyi fikirləri xatırlayıram: “Mən səngər generalı yetişdirmişdim”. Bu sözləri yalnız böyük ürək sahibi olan Azərbaycan anası deyə bilər!

Həyatımızın bütün sahələrində qadınlarımız ön mövqe tutur, nümunə göstərirlər. Bir daha qadınların hamısını təbrik edir, onlara bol həyat sevinci arzulayıram.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar