Xəbər lenti
Əli Həsənov - Abel Məhərrəmov CÜTLÜYÜ – Dezinformasiyalar, milyonlarla dollarlar
İl yarımdı Əli Həsənov hakimi-mütləq kimi siyasi səhnədə yoxdur. Amma hər gün ondan danışılır. Və danışanın da 99 faizi Əli Həsənovu lənətləyir. Yəqin ki, hələ bundan xeyli müddət sonra da onunla bağlı danışılacaq, deyiləcək. Bəri başdan söyləyim ki, gələcəkdə danışanlardan biri də Allah qismət eləsə bəndeyi-fəqiriniz olacaq. Danışmağımınsa səbəbi o olacaq ki, Əli Həsənov milli mətbuatımızın kökünü qaşıdı, dəyərlərini məhv etdi. Mətbuat özünün maarifçilik ənənələrindən məqsədli şəkildə sapdırıldı.
Mətbuat real əsaslara və faktlara yox, boş və pafoslu yazılarla dolduruldu. Mətbuatın xaç ataları, ayətullaları məqsədli şəkildə fiziki və mənəvi cəhətdən məhv edildi. Necə deyərlər mətbuatın ruhu öldürüldü. Bu gün Azərbaycan mətbuatı ruhsuz və qəlbsiz bir varlıq kimi dolanır. Dədəsindən, nənəsindən bezən, iş tapmayan yüzlərlə adam zorən jurnalist edildi. Həqiqəti deyənlər ən pis şəkildə şantaj edildi, bir tikə çörəklə imtahana çəkildi. Və bunun əvəzində qaragüruhcu və yalançı "jurnalist ordusu” formalaşdırıldı. Onların da başına Əli Həsənova biət edən "media kapitanları” keçdi. Hansı ki, o "media kapitanları”nın tam əksəriyyəti bəlkə də medianın 3 əsas prinsipini belə əzbərdən bilmirdi. Və nə yazıq ki, bu gün Azərbaycan mediası bu və ya digər şəkildə Əli Həsənovun müridlərinin əlindədir. O adamlarsa hələ də mənəviyyatımızın son budaqlarını baltalamaqla və jurnalistikanın fatihəsini oxumaqla məşğuldur.
Əli Həsənov heç zaman peşəkarlarla işləmək istəmədi. Çünki peşəkarlar həm vicdanlı, həm də prinsipial olurlar. Əlinin isə vicdan sözündən həm zəhləsi gedirdi, həm də qorxurdu. Çünki onun özündə bu yox idi. O sadəcə bir dəllal idi. Və bütün idarəetmə sistemini də bazar münasibətləri üzərində qurmuşdu. O ancaq bazar adamları ilə işləməyə üstünlük verirdi. Ona görə ki, bazar adamının ilk məqsədi nə yolla olursa-olsun, daha çox pul qazanmaqdır…
Bir dəfə işdən çıxıb evə gedirdim. Gördüm ki, bizim Şamil Vəliyev yol qırağında dayanıb avtobus gözləyir. O vaxt bizim jurnalistika fakültəsində dekan idi. Maşını saxladım, dəvət etdim. Yolda bir az dərdləşdik. Fakültədə gördükləri, görmək istədiklərindən həvəslə danışdı. Pis oldum…
Öz-özümə dedim ki, "dağıl a dünya, bu adam, deyəsən, 20-ci əsrdə qalıb”. Axırı dözməyib mən də danışdım. Dedim ki, "Əcəb edirsiniz, Allah iş avadanlığı versin. Amma Şamil müəllim, bu gün cəmiyyətimizə savadlı jurnalist yox, fırıldaqçı sözbazlar lazımdır. Bir baxın, Azərbaycandakı 12 televiziyanın hansının başında peşəkar jurnalist var? Heç birinin… Jurnalistikaya giriş balı ən axırdan birinci yerdədir. Heç kim öz övladını jurnalist görmək istəmir. Çünki əsl jurnalist ac qalır. İnciməyin, bir özünüzə baxın. Nəinki BDU-da, hətta bütün respublikada avtomobil almağa pulu olmayan tək dekan Sizsiniz. Abel Məhərrəmova sizin layihəniz yox ey, sizin "dolya”nız lazımdır”…
Dinmədi, susdu. Düşüb gedəndə söylədiklərimə görə üzr istədim. Zorla gülümsədi. Dedi ki, "düz deyirsən, amma neyləyək. Biz də beləyik də…”.
Bir ay sonra Şamil müəllimi Abel Məhərrəmov dekan vəzifəsindən çıxardı. Yeri gəlmişkən, son illər BDU-da ən çox dekan dəyişikliyi Jurnalistika fakültəsində olub. Bunun da tək səbəbi Rektoratlığın "tələbləri”nin dekanlığın qarşılıya bilməməsidir. Yarandığı gündən bu fakültədə rüşvət deyilən şey olmayıb. Xüsusilə ixtisas müəllimlərimiz müqəddəs adamlar olublar. Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Qulu Xəlilov, Nurəddin Babayev, Famil Mehdi, Akif Rüstəmov, Yalçın Əlizadə və digərərini tək mən yox, onları tanıyanların hamısı ehtiramla anır. Və bu adamların "xeyir-duasını” alanlardan cəmi bir nəfər Əli Həsənovun yaxınında yer almışdı. O da ki, əqidəsini dəyişdiyinə görə.
Deməyim odur ki, hələ bir müddət Əli Həsənov süzgəcindən keçən "jurnaist”lərdən qurtula bilməyəcəyik. O "jurnalis”lərdən ki, yazdığı fikrin, dediyi sözün məsuliyyətini dərk eləmirlər. Çünki bazar adamıdırlar. Elə zənn edirlər ki, tərifləyib keyfiyyətsiz malı sadəlöhv müştəriyə sırıdıqları kimi, yalan informasiyanı da oxucuya, tamaşaçıya sırıya bilərlər. Ona görə də mənbəyi olmayan istənilən məlumatı asanlıqla manşetlərə və mavi ekranlara çıxarırlar. Həmin yalan xəbərlərdən biri də aprel ayında Qarabağda yeni müharibənin alovlanacağı barədə dezinformasiyasıdır. Yerindən duran deyir ki, apreldə müharibə başlayacaq. Heç bir mənbə də göstərmirlər. Ən yaxşı halda, yaz yağışından sonra köbələk kimi çoxalan "politoloq”lardan birini danışdırırlar. "Politoloq” da açır ağzını, yumur gözünü iştahla bu "fikrin” "politoloji aspektlərindən” danışır…
Dünən bir qonşum məndən soruşur ki, "Deyirlər yenidən səfərbərlik başlayır, müharibə olacaq. Doğrudur?”. Soruşuram ki, "Kim deyir?” Cavab verir ki, "O dey, saytlar yazır…”.
Gəlirəm evə. "Google”də axtarış verirəm. Baxıram ki, qonşum düz deyir. Əksər saytlar "peyğəmbərlik” edib apreldə müharibənin başlayacağını yazır. İnternet seqmenti olan "LafTV”-nin aparıcısı Afət Telmanqızı da belə bir məlumatı söyləyir. Qalıram mat-məəttəl. Bu adamlar niyə bu qədər məsuliyyətsiz fikirlər səsləndirirlər? Yadıma yenə Əli Həsənov düşür. Çünki bu yalan-palanın hamısı Əli Həsənovun mətbuata dürtüşdüyü jurnalistlərin sensasiya axtarışlarının nəticəsidir. Ona görə deyirəm ki, Əli Həsənov kabusu hələ aramızda çox dolaşacaq. Çünki cəmiyyətə yalan danışmağa mətbuatı o öyrətdi. Yalan təriflər və əsası olmayan "etibarlı mənbədən” qaynaqlanan "informasiyalar” uzun illər insanların əsəblərinə toxundu, heysiyyatını incitdi. Və bu bədnam proses yenə də davam edir. Bu "informatorlar”ın bu məsələdə iki hədəfləri var.
Birincisi, ölkədə gərginlik və narahatlıq yaratmaq.
İkincisi isə ucuz informasiya ilə itirdikləri oxucuları yenidən qazanmaq.(konkret.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar