Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görüldü -ŞƏKİL

Tarix: 06-03-2021 18:56     Baxış: 4276 A- / A+
Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görüldü


Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) təhsildə və idarəetmədə keyfiyyət standartının yüksəldilməsi ilə bağlı növbəti uğura imza atıb. Türk Standartları İnstitutu (TSE) tərəfindən "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülən DGKA Azərbaycanda bu statusu alan 3-cü ali təhsil müəssisəsidir.

İki il öncə DGKA ilə Türk Standartları İnstitutu arasında Akademiyada beynəlxalq standartlar sisteminin qurulması, beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil sahəsində beynəlxalq layihələrə qoşulma, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib.

Türk Standartları İnstitutunun baş katibinin müşaviri, TS EN ISO 9001 - Keyfiyyəti İdarəetmə Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılan təlimləri uğurla başa vuran Akademiya əməkdaşlarına müvafiq sertifikatlar verilib.

Türk Standartları İnstitutu tərəfindən 2021-ci ilin yanvar ayında bütün strukturlarda aparılan audit nəticəsində Akademiyanın "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq standartın tələblərini tam olaraq ödədiyi müəyyən edilib və prosesin yekununda Dövlət Gömrük Komitəsinin Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülüb.

Qeyd edək ki, DGKA kadr hazırlığında keyfiyyət standartının yüksəldilməsi üçün ali təhsil sahəsində dünyada mövcud olan ən qabaqcıl təlim texnologiyaları və innovasiyaların tətbiqini başlıca hədəf kimi müəyyənləşdirib.

Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görüldü
Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görüldü
Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görüldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar