Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azadlığa çıxan Mübariz Mənsimovdan - AÇIQLAMA

Tarix: 06-03-2021 18:12     Baxış: 4352 A- / A+
Azadlığa çıxan Mübariz Mənsimovdan - AÇIQLAMA


"Azadam! Şərti olsa da, azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam”.

Bunu sosial şəbəkə hesabında dünən beş il müddətinə şərti cəza alaraq, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimov yazıb.

O qeyd edib ki, hər zaman dövlətin yanında olub və bundan sonra da belə olacaq:

"Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm.

Analar, bacılar, qardaşlar, dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin sevgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!

12 aylıq ayrılıqdan sonra ailəmin əhatəsindəyəm. Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. "Palmali” ailəsi üçün çox darıxmışdım.

Ayrıca 350 gün yanımdan bir gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz.

Hər birinizə təşəkkür edirəm”./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar