Xəbər lenti
Müşfiq Məmmədli:"Əgər yoluxma statistikası bu templə davam etsə..."
“Hazırda gündəlik dinamikaya və statistikaya diqqət yetirsək görərik ki, Azərbaycanda COVİD-19-a yoluxma sayında artım var. Bu, bizim üçün həyəcanverici siqnaldır”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, karantin tədbirləri yumşaldıqca insanlar bir-biri ilə sıx təmasda olur: “Təmas artdıqca qoruma tədbirləri və digər məsələlərdə arxayınlığa yol verilir. Nəticədə yoluxma sayında artım sonrakı statistikada daha da yüksək yoluxmalara gətirib çıxarır. Bu baxımdan insanların qoruma tədbirlərinə diqqət yetirməsi və vaksinasiya strategiyasına uyğun bu prosesdə iştirak etməsi bir daha vurğulanmalıdır.
Qarşıdan bayram günləri gəlir. Xüsusən Novruz bayramı ilə əlaqədar insanların təması, qonaq getmək ənənəsi, bölgələrə səfərləri də artır. Son nəticədə yoluxma sayının daha da artmasına gətirib çıxarır. Bu baxımdan insanlar daha diqqətli olmalıdırlar”.
Müşfiq Məmmədli bildirib ki, əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu: “Yoluxma bu templərlə davam etsə, dekabrın rəqəmlərinə dönə bilərik. Yoluxmanın bu cür artımı karantin tədbirlərinin sərtləşməsi kimi məcburi addımların atılmasına gətirib çıxara bilər.
Yoluxma sayının azalmasına hamımız kömək etməliyik. Bunun üçün maskalardan istifadə etmək, o cümlədən müvafiq strategiyaya uyğun vaksinasiya prosesində aktiv iştirak etmək çox vacibdir. Bu tədbirlər çərçivəsində artım dinamikası nəzarətdə qalarsa, o zaman tədricən normal həyatımıza dönə bilərik”.
Deputatın müşahidələrinə əsasən, Avropa ölkələrindəki yoluxma dinamikası məhdudiyyətlərin tətbiqini gündəmə gətirib: “Bu da bizim üçün həyacanverici siqnaldır. Əgər yoluxma statistikası bu templə davam etsə, yenidən məhdudlaşmaya gedilə bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar