Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı

Tarix: 05-03-2021 19:17     Baxış: 4147 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti iclas keçirilib.

Manevr.az-a verilən məlumata görə, iclasda qış semestr imtahanlarının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub.

«ZOOM» proqramı vasitəsilə onlayn keçirilən iclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı

Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləyib.

Daha sonra o, qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutun xanım kollektivinə səmimi arzularını ifadə edib.

A.Şirinov tədbirdə qış imtahan sessiyasının yekunları ilə bağlı məsələlərə də toxunub. Qeyd edib ki, 2020/2021-ci tədris ilinin yaz semestrinin dərsləri məsafədən onlayn formada keçirilməklə uğurla davam edir.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov söz alaraq, pandemiya və müharibə dövrünə təsadüf edən payız semestrində tədrisin təşkili, keyfiyyəti və səmərəliliyindən bəhs edib.

M.Camalov daha sonra qış imtahanlarının keçirilməsi, qarşıya çıxan problemlər, imtahanların nəticələri haqqında məlumat verib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan danışıb. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub.

Daha sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxış edərək, qış imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib.

İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov çıxış edərək, qış semestri boyu tələbələrin imtahanlarda müvəffəqiyyət göstəricilərindən, imtahan prosesinin şəffaf keçirilməsindən danışıb.

Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov çıxış edərək, pandemiya dövründə tədris prosesinin gedişatı, yaranan problemlər barədə məlumat verib.

Kafedranın müəllim heyətinin sillabuslara uyğun surətdə yeni tədris semestrinə tam hazır olduğunu qeyd edib.

Daha sonra Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov çıxış edib. Kafedra müdiri keçən semestrin göstəricilərinə toxunub, imtahanların nəticələrini uğurlu hesab etdiyini vurğulayıb. O, ərəb dili üzrə təşkil olunacaq əlavə kurs üçün səviyyə imtahanları barədə ətraflı məlumat verib.

İclas müzakirələrlə davam edib.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı
Azərbaycan İlahiyyat İnstitutunda iclas keçirildi - rektor qış imtahan sessiyasının yekunlarından danışdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar