Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"da Böyük Britaniyanın səfiri ilə görüş keçirilib

Tarix: 05-03-2021 18:17     Baxış: 3206 A- / A+
"Qaçqınkom"da Böyük Britaniyanın səfiri ilə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.

Dövlət Komitəsindən Manevr.az-a verilən məlumata görə, görüşdə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə britaniyalı diplomata ətraflı məlumat verilib. Qeyd edilib ki, bu kateqoriyadan olan vətəndaşlara Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir.

Səfir Ceyms Şarp səmimi qəbula görə təşəkkürünü bildirib. O, regionda münaqişənin başa çatmasını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı üçün şəraitin yaranmasını yüksək qiymətləndirərək, ölkəsinin davamlı sülhə dəstək imkanlarından bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar