Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Mənim o saytla heç bir bağlılığım yoxdur” - Deputat

Tarix: 09-02-2017 17:13     Baxış: 3338 A- / A+
“Mənim o saytla heç bir bağlılığım yoxdur”


Milli Məclisin deputatı Çingiz Qənizadə haqqında yayılan şayiələrlə bağlı müraciət yayımlayıb.

Manevr.az teleqraf.com-a istinadən müraciəti təqdim edir.

Hörmətli jurnalist dostlarım!

Son vaxtlar mənə çatan məlumata görə, “afn.az” saytının mənimlə bağlı olduğu ilə əlaqədar kimlər tərəfindənsə xəbərlər yayılıb.

Siz bilirsiniz ki, hər bir saytın saxlanması üçün hər ay xeyli vəsait lazımdır. Mənim isə belə imkanım olmadığı hamınıza məlumdur. İkincisi, mənim kim və nə haqdasa fikir bildirməyim üçün parlament tribunasından danışmaq hüququm və mətbuatda sizin kimi dostlarım var. Bir daha bəyan edirəm ki, mənim mətbuatda və sayt rəhbərləri arasında çoxsaylı dostlarım var, sağlam jurnalistika ilə məşğul olan hər kəsə hörmət bəsləməklə yanaşı, həmişə ünsiyyətdə olmağa hazıram. Mən tək-tək millət vəkillərindən biriyəm ki, mətbuata həmişə açıq olaraq qalıram.

Lakin bu o demək deyil ki, məni hansısa saytla, o cümlədən “afn.az”la bağlasınlar. Düşünürəm ki, sayt rəhbərliyini sizdən biri kimi tanımaq, o sayta bağlılıq kimi dəyərləndirmək kimlərinsə fərziyyələrinin məhsuludur.

İstər “afn.az”, istərsə də digər saytlarda kimlərinsə haqqında yoxlanılmamış, qərəzli material çap olunarsa, mən həmin şəxsləri məhkəməyə müraciət etməyə çağırır, hüquqşünas kimi isə onlara hüquqi yardım göstərməyə hazır olduğumu bildirirəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar