Xəbər lenti
O qalib liderdir!
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü, müstəqil və azad olmayıb. İlham Əliyev kimi liderin qətiyyətinin, iradəsinin nəticəsidir ki, ən ağır vəziyyətlərdə belə Azərbaycan heç kimin qarşısında baş əymir, sözünü açıq və cəsarətlə deyir. Yerində və vaxtında deyilən söz, əlbəttə daha kəsərli, daha təsirli olur. Çox da uzağa getmədən Prezidentin dörd saatlıq mətbuat konfransını xatırlatmaq kifayətdir ki, İlham Əliyevin səsləndirdiyi fikirlər ətrafında hələ də müzakirələr gedir.
Nəinki Azərbaycan vətəndaşları, bütün dünya xalqları ölkə rəhbərliyinin şüurlu seçimi olan layihələrin bilavasitə şahididir. Onun müsbət nəticələri isə gündəlik həyatda daha çox hiss edilir. Hər bir layihənin inkişafa və xalqın rifahına xidmət etdiyi göz qabağındadır. Diqqətçəkən məqam isə budur ki, ölkədə və dünyada maraqla qarşılanan layihələrin təşəbbüskarı Prezidentin özüdür.
Ulu Öndərimiz təcrübəsini zamanında öz varsinə ötürüb. Bunun nəticəsidir ki, Prezidentimizin istər daxili və istəsə də xarici siyasətdə atdığı hər addmda bu inam və etimad qaynaqlanaraq özünü göstərir. Artıq, Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib.
İlham Əliyev müsahibələrindən brində deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanını verir. ”
Prezidentimizin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmşdır.
Xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında cənab İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd etmişlər.
Türkiyənin “Anadolu”, İHA, “Sputnik Türkiye” xəbər agentliklərində, “Haberler” portalında, “TRT Haber”, “Haber Türk”, “CNN” “Haber Global”, “A Haber”, “NTV” telekanallarında, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet”, “Sabah” qəzetlərində yayılmış məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və s. sərlövhələrlə təqdim edilmişdir.
Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” agentlikləri, “RBK”, “RT”, “Vesti”, “360” telekanalları, “Arqumentı i faktı”, “Nezavisimaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Rossiyskaya qazeta”, “Vzqlyad” qəzetləri, “Life”, “Lenta” saytları Prezident İlham Əliyevin İkinci
Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh etmişlər.
Rumıniyanın “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı, Yunanıstanın “Real Group Media” şirkəti, Ukraynanın “Obozrevatel”, “Podrobnosti”, “Stopcor”, “Baqnet”, “Tsn”, “Dialog”, “Korrespondent”, “Polemika” xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd etmişlər. Materiallarda bildirilmşdir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırmışdır. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanmışdır.
Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer vermişlər. Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim etmişlər.
Livanın “Al-Masdar News” xəbər saytının, İranın “Mehr” xəbər agentliyinin və “Iran Daily” qəzetinin yaydığı informasiyalarda Prezident İlham Əliyevin mətbuat konfransında bölgədəki mövcud vəziyyət, region ölkələrinin əməkdaşlığı ilə bağlı fikirləri əks olunmuşdur.
Qırğızıstanın “Goldenbridgenews” və “Turkeltoday” portalları isə Prezident İlham Əliyevin mətbuat konfransının mətnini tam şəkildə yaymışlar.
Gürcüstanın “1tv” kanalı, “Pia”, “Kvira” “Imedi News”, “For”, “Report”, “Aktual”, “Interpress”, “Gaxa”, “Marneulifm” saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırmışlar.
Bəli, bütün ölkə və dünya mediasının şahidliy ilə cənab Prezidentimizin demək olar ki, bütün məqamlara toxunaraq verilən suallara ətraflı və dolğun cavabları hər kəsi qürurlandırmışdır.
Bir sözlə, diplomatik müshibələri böyük əhəmiyytli rola, aktual mövzular səviyyəsinə malik olmaqla İlham Əliyev - rasional zəkalı, təmkinli, modern davranışlı, humanist, iradəli, maraqlı məntiqə söykənən , Azərbaycanın dövlət sərhədlərini bərpa edən, 30 illik işğal siyasətini pozan, Qarabağa azadlıq-sülh-rifah gətirən Ali Baş Komandan, qalib liderdir!
İlhamə Məhəmmədqızı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar