Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin bankı bağlanır? (RƏQƏMLƏR)

Tarix: 04-03-2021 15:39     Baxış: 3184 A- / A+
Ramiz Mehdiyevin bankı bağlanır? (RƏQƏMLƏR)


"Bank BTB” 2019-cu ilin sonunda əldə etdiyi 12 milyon manatdan çox yığılmış zərərini mənfəətə keçirə bilməyib. Ramiz Mehdiyevin gəlininə məxsus olan bank yığılmış zərərini mənfəətə keçirə bilməsi üçün illik xalis mənfəətini artırmalı və balans maddəsində bölüşdürülməmiş mənfəətinə əlavə etməlidir. Daha sonra səhmdarların toplantısında bölüşdürülməmiş mənfəət yığılmış zərərdən çıxılmalı və bununla da bankın yığılmış zərəri mənfəətlə əvəz olunmalıdır.

Manevr.az
xəbər verir ki, bank 2020-ci ilin sonunda 9 milyon 130 min manat xalis zərər əldə edib. Buna görə də "Bank BTB”nin yığılmış zərəri daha da artıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında vəzifədən ayrılan Ramiz Mehdiyevə məxsus bank sabiq aparat rəhbərinin vəzifədə olduğu dönəmdə xalis mənfəət əldə edir, bununla da kapitalını artırırdı. 2020-ci ildən sonra isə bankın xalis mənfəəti azalıb və daha sonra zərərlə əvəz olunub.

Ramiz Mehdiyevin bankı bağlanır? (RƏQƏMLƏR)


Cədvəldən də göründüyü kimi Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 9 milyon 130 min manatlıq zərərə düşüb.
Bankın illərdir yığılmış zərəri isə 2020-ci ilin sonunda daha da artıb. Aşağıda qeyd olunan cədvəldə "Bank BTB”-nin illər üzrə yığılmış zərərini görəcəksiniz:

Ramiz Mehdiyevin bankı bağlanır? (RƏQƏMLƏR)


Mənfəət vergisini ödəməyən bankın xalis zərəri 9 milyon 130 min manatdan daha da çox olacaq.

Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. Rza Sadiq isə bankda Müşahidə Şurasının sədridir./valyuta.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar