Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Bu, Moskva ilə İrəvanın öz işidir, lakin... "

Tarix: 09-02-2017 16:05     Baxış: 3379 A- / A+
“Bu, Moskva ilə İrəvanın öz işidir, lakin... "


Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və İrəvanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır.

APA-nın məlumatına görə, bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

O xatırladıb ki, həmin hərbi baza orada Sovet İttifaqı dövründən mövcuddur:

“Orada, NATO üzvü Türkiyə ilə sərhəddə kifayət qədər güclü hərbi qrup olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq”.

Nazir qeyd edib ki, Ermənistanda Rusiyaya məxsus “İsgəndər” raket komplekslərinin kodlarının kimdə olması məsələsi də açıq qalıb: “Əgər nə zamansa bir tərəf addım atırsa, təbii olaraq digər tərəf cavab verməlidir. İndiki halda biz bilirik ki, Ermənistana “İsgəndər” verilib. Lakin onların kodlarının kimdə olması sual olaraq qalır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar