Xəbər lenti
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub.
Lüğətə müsəlman filosofları tərəfindən işlənib-hazırlanmış terminlərin müəyyən hissəsi, klassik müsəlman fəlsəfi əsərlərində xatırlanan yunan, romamənşəli filosofların ərəb dilində göstərilmiş adları daxil edilmişdir. Ümumilikdə, lüğətdə 443 sözün izahı verilib.
Kitabda Orta əsr müsəlman fəlsəfəsi, məntiqi, metafizika və psixologiyası, astronomiyasına aid terminlərin təkcə tərcüməsi deyil, həm də izahı verilib.
Lüğətdə terminlər ərəb əlifbasına uyğun sıralanmışdır. Məqsəd ərəbdilli mətnlərdə oxucunun qarşısına çıxan terminlərin lüğətdə asanlıqla tapılmasını təmin etməkdir. Əvvəlcə terminin ərəbcə yazılışı, sonra mötərizədə transkripsiyası, Azərbaycan dilindəki ekvivalenti, ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, hərfi mənası və nəhayət, izahı yer alır.
Lüğətin azərbaycandilli oxucu üçün əlçatanlığını təmin etmək məqsədilə kitabın sonunda terminlərin doğma dilimizdə indeks-siyahısı tərtib edilmişdir. Həmin indeks-siyahıya müraciət etməklə oxucu istənilən sözü, termini lüğətdə tapıb lazımi məlumatı əldə edə bilər.
Lüğətin təkcə müsəlman fəlsəfəsi deyil, həm də ilahiyyat, islamşünaslıq və dinşünaslıq mütəxəssisləri üçün faydalı olacağına inanırıq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar