Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Tarixi qələbə hər birimizin qarşısında yeni üfüqlər açdı" - Fuad Bəhrəmov

Tarix: 02-03-2021 12:19     Baxış: 1231 A- / A+
"Tarixi qələbə hər birimizin qarşısında yeni üfüqlər açdı" - Fuad Bəhrəmov

Bu tarixi günlərdə hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan, hamımızın sevimli rəhbəri cənab İlham Əliyevin istər işğaldan azad olunmuş rayonlara, istərsə də digər bölgələrə səfərləri, bu səfərlər zamanı söylədiyi parlaq nitqlər vətəndaş olaraq bizləri vəcdə gətirir. Bir daha açıq-aydın görürük ki, haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan hökmən qələbə çalmalı idi. Çünki Prezidentin dediyi kimi, “bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir”.

Doğrudan da belədir, sürüyə dadanan canavarı məhv etməsən, başqa mənfur xülyalara düşər. Artıq bıçaq sümüyə dirənmişdi. Ona görə də hamılıqla hər an döyüşlərə qatılmaqla milli ordumuzun yanında olmağa hazırdıq. Biz Ali Baş Komandanın ətrafınızda sıx birləşərək inandıq ki, milli-mənəvi dəyərlərimiz qorunacaq, neçə illərdən bəri yurd həsrəti ilə yaşayan qaşqın və köçkünlər doğma ocaqlarına qayıdacaqlar. Şiddətli döyüşlərdə əsgərlərimiz nəyə qabil olduqlarını göstərdilər. Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizə allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.

Dövlətimizin başçısının bu günlərdə Ramana qəsəbəsindəki görüşləri şəhid ailələrinə və qazilərə yüksək qayğının növbəti təzahürüdür. Prezident demişdir ki, görülən tədbirlər bundan sonra da intensiv surətdə davam etdiriləcək, minlərlə qazi hər il müntəzəm müalicə alaraq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibədə bədən üzvlərini itirmiş insanların hər biri müasir protezlərlə təmin olunacaq. Bunlar dünya miqasında analoqu olmayan tədbirlərdir, dünyanın ən qabaqcıl mövqedə duran humanitar təşkilatları bunları qiymətləndirməyə bilməzlər.

Yəqin ki, erməni terrorçularının dinc sakinlərimizə qarşı törətdikləri amansız qətliamlar barədə də məlumatı bütün beynəlxalq ictimaiyyət açıq-aydın müşahidə edir. Bunu heç vəchlə gizlətmək mümkün deyil. Erməni təcavüzkar dəstələrinin döyüş bölgəsindən uzaqda olan ərazilərə, dinc insanların üstünə bombalar yağdırması Qafqazda yanğın yaratmaq idi. Bu da, təbii ki, zəifliyin ilk əlamətidir. Azərbaycan bu təfriqənin qarşısında möhkəm dayandı, çünki bizim rəhbərimiz həmişə problemin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsində maraqlı olub. Dövlətimizin danışıqlar prosesinə 30 ilə yaxın bir müddətdə sadiq qalması da bunu göstəricisi sayıla bilər. Ancaq nəticədə ortaya çıxan reallıq ondan ibarət olub ki, ATƏT-in Minsk Qrupu problemi həll edə bilməyib. Eyni zamanda onların “problemin hərbi yolla həlli yoxdur” tezisi də özünü doğrultmayıb. Çünki problemin uzun illər sülh yolu ilə həll edilməməsi əslində elə hərb yolu ilə həll edilməsini aktuallaşdırır və zəruri edirdi. Məsələ ondadır ki, ötən illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edilməyib. Halbuki belə imkanlar olub. Bundan başqa, yaxın keçmişdə, Birinci Qarabağ müharibəsi zamanı ölkənin rəhbərliyində duran qüvvələrin səriştəsizliyi və istəksizliyi qələbənin əldə olunmasını mümkünsüz edirdi. Xüsusilə AXC-Müsavat cütlüyü dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı və ondan sonra digər torpaqların işğalından ötrü ermənilər üçün əlverişli üstünlük yaranmışdı.

Prezidentimiz haqlı olaraq qeyd edib: “Azərbaycan uzun illər ərzində aparılan ikili siyasətə qarşı mübarizə aparmağa məcbur olub. Demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər ədalətsizliyə göz yumurlar. Necə olur ki, Ermənistanda müxalifət hər gün əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. Deməli, bizə qarşı güclü qüvvələr fəaliyyət göstərirmişdir”.Belə çıxır ki, təxribatçı qüvvələr Ermənistana hər cür yardım etmişlər, pulsuz silah-sursat göndərmişlər. Lakin xalqımızın yenilməz iradəsi düşmən qüvvələrin cəhdlərini puç etmişdir.

İndi başqa bir zamandır. Tarixi qələbə hər birimizin qarşısında yeni üfüqlər açmışdır. Qələbəmiz nəticəsində Azərbaycan və Azərbaycan insanı artıq dəyişdi. Bununla da biz məğlub xalq statusundan çıxdıq. Bu gün biz qalib xalqıq. Düşmən əzilib, onun ordusu, hərbi qüvvələri darmadağın edilib. Bu, bizim üçün qürur məsələsi idi, Azərbaycan xalqı sındırılmış qürurunu bərpa edib. Azərbaycan ordusu elə bir tarix yazdı ki, gələcəkdə Azərbaycanın bütün nəsilləri bununla fəxr edəcək və qürur duyacaq. Bu, tariximizin ən parlaq səhifələrindən olacaq. Belə bir güclü ordumuz olduğu üçün ilk növbədə Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq.
"Tarixi qələbə hər birimizin qarşısında yeni üfüqlər açdı" - Fuad Bəhrəmov

Fuad Bəhrəmov,
Cəlilabad rayon Fərzili kənd
ümumi orta məktəbinin direktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar