Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən ömürlü Aydın Canıyev

Tarix: 01-03-2021 21:25     Baxış: 3308 A- / A+
Vətən ömürlü Aydın Canıyev

Bu gün onun GÜNüdür...Ona-çağımızın SÖZünü öz hücrəsində qoruyub diri və duru saxlayan, ucalıqların nə olduğunu ağ vərəqlərə bükən, Vətən ömürlü Aydın Canıyevə üz tuturam!

Ömür yolunda ayaq səslərimi eşidirəm...Dayandığı həyat tablosunda alın yazısının bütün rəngləri, səsləri, notları...var. Bəlkə də əzəldən belədir. Taleyinin əksinə üzənləri hardasa bir ata qəbri, ana ağrısı, qadın heykəli, övlad yalqızlığı...izləyər. Aydın Canıyev taleyinin əksinə üzən, bircə öz adındının yaxasından yapışıb bu günə kimi boğulmağdan xilas olan adamlardandır. O ən gözəl sevginin içində pıçıltılı nifrət, ən ağır nifrətin içində əlçatmaz sevgi, ən böyük ayrılığın içində bütövlük, ən uca bütövlüyün içində kimsəsiz ayrılıqdır. Heç kimin görmədiyi kimsəsiz ayrılıq!

Onun bütün qapıları uzaqlara, qəribliyə və özündən də gizlətdiyi göz yaşına açılır. Bu gün ona ən yaxın olan da elə həmin uzaqlardı. Səhərlər çayını soyudan, gecələr başının üstündən çəkilməyən uzaqlar! O uzaqları deyirəm- ÖVLAD, ATA, QADIN,..adında canında dar ağacına çevrilən uzaqları. Ömürdən tutmuş Tanrısına qədər...hər kimi vardısa hamısını uzaqlarda qoyub gəldi. Amma yenə yaşamağa öyrəşdi, öyrəndi...və ötdü saatların qarşısından. Çünki yanında əlləri var idi. Vərqlərin üstündə balıq kimi çırpınan, Vətən üzlü əlləri!

Qəribədir...hər dəfə üz-üzə gələndə elə bilirəm elə hey kimisə axtarır, bu şəhərdə kiməsə tələsir...və sonunda yenə özündə dayanır. Çünki onun başladığı bütün yollar özünə çıxır. Orda nələr yoxdu- Yurd...Söz...Əbədilik...Dost...Düşmən...Zindan...
İndi alnının güllə yerində eləcə bir ana duası oturub. Qara, çovğuna düşən ana duası! O duanın içində hər gün bir ağac çiçəkləyir. Çiçəkləyir ki, bir az da yaşasın bu şəhərin qərib səyyahı. Çiçəkləyir ki, təbiətin bütün çaxmaqlarındakı ölüm barmaqları bir az da ləngisin...Ləngisin ünvanına!
Adam da özü boyda təklik olarmı, İlahi!...Aydın Canıyev yer üzündə insanın payına düşəcək yaşam tərzindən imtina etdi, Allah olmaqdansa qorxdu. Bəli, qorxdu! Hardan biləydi ki, bütün TƏNHAlıqlar bu tərzdə İMTİNA və QORXUların arasında yerləşir.

Bu gün Aydın Canıyev Vətənin taleyinə qarışmış adamdı...Torpaqdımı, əsgər səsidimi, şəhid qanıdımı, Araz çaydımı...nə bilim...bəlkə də elə hər biridi!
Bu məqamda üzümü Azərbaycan adlı tabloya tuturam: Yurd yeri, DOĞUM GÜNÜn mübarək!

P.S: Bu yazı Aydın Canıyev haqqında Tanrı ilə söhbətləşməm idi...Bir gün haqqında daha əhatəli yazacağıma,danışacağıma əminəm!...Tanrıya da beləcə dedim.

Vətən ömürlü Aydın Canıyev































Emil Rasimoğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar