Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib -ŞƏKİL

Tarix: 01-03-2021 17:58     Baxış: 160 A- / A+
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib


Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün Dövlət Gömrük Komitəsinin Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib.

Təlimdə müxtəlif gömrük orqanlarını təmsil edən 24 əməkdaş iştirak edib. Təlim "Uptodate in Medicine MMC" şirkətinin təlimçiləri, həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov və həmin şöbənin həkim-metodisti Könül İsmayılova tərəfindən keçirilib. Eyni zamanda, təlimin təşkilində həmin Mərkəzin Təlim Resurs şöbəsinin tərcüməçisi, həmçinin AHA (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) və Uptodate in Medicine MMC şirkətinin koordinatoru Leyla Eyvazova iştirak edib.

Təlimdən öncə Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlimçilər ilə görüşüb. Akademiya rəisi bildirib ki, bu təlim vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması üçün əhəmiyyətlidir. “Dövlət Gömrük Komitəsi ilk dövlət qurumlarındandır ki, ilk tibbi yardım üçün lazımi təchizat, aparatlar alınıb”, - deyə o, qeyd edib.

Təlimçilər üçün Akademiyada qısa ekskursiya təşkil olunub, onlar yaradılan şərait və infrastrukturla tanış olublar.

Qeyd edək ki, təlim dinləyicilərinin hər biri AHA-nın (Amerikan Heart Association - Amerika Ürək Assosiasiyası) sertifikatını əldə edəcək.

Manevr.az

Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar