Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili hərbiçilərin ikiqat əmək haqlarının kəsilməsindən danışdı

Tarix: 27-02-2021 13:44     Baxış: 4212 A- / A+
Millət vəkili hərbiçilərin ikiqat əmək haqlarının kəsilməsindən danışdı

"Hökumət bu ərazilərdə xidmət keçən hərbçilərin əməyinin ödənişini başqa rahat sayılan bölgələrdə çalışanlardan fərqləndirməlidir".

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa hərbiçilərin ikiqat əmək haqlarının kəsilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, Milli Məclisdə heç bir deputat əvvəllər döyüş bölgəsi olmuş ərazilərdə xidmət keçən hərbçilərin ikiqat maaşlarının azaldılmasını nəinki dəstəkləməyib, hətta təkliflər verərək bu yöndə hökumətin mümkün tədbirlər görməsi üçün çağırışlar ediblər:
Millət vəkili hərbiçilərin ikiqat əmək haqlarının kəsilməsindən danışdı

"Burada sadəcə söhbət məsələnin təqdimat formasının yanlışlığından gedir. Azərbaycan dövlət olaraq prezident səviyyəsində elan edib ki, Qarabağda müharibə bitib və burada quruculuq işləri başlayıb. Demək ki, bu ərazi artıq döyüş əməliyyatlarının getdiyi ərazi sayılmır. Bu səbəbdən də "döyüş bölgəsi" termini gündəmdən çıxıb. Burası və digər sərhəddəki təmas xəttində olan ərazilər yüksək həyati risq tələb edən ərazilərdir və təbii ki, hökumət də bu ərazilərdə xidmət keçən hərbçilərin və hətta müvafiq mülki qurumların mütəxəssislərinin əməyinin ödənişini başqa rahat sayılan bölgələrdə çalışanlardan fərqləndirməlidir. Bu istiqamətdə yeni qaydaların hazırlanması barədə müvafiq qurumlardan cəmiyyətə açıqlamalar da verilməməkdədir. Demək ki, kimsə "hərbçilərin ikiqat əmək haqqı kəsilməlidir" ifadəsini işlətməyib. Parlamentin xanım sədri də "Qarabağın döyüş bölgəsi olması" barədə səsləndirilən ifadənin siyasi baxımdan doğru olmadığını vurğulayıb".

Bəs, nədən sonra xüsusi təbliğat materialları hazırlanaraq sədrin, ayrı-ayrı deputatların şəkillərinin altında bu gün başımızın tacı, qələbəmizin müəllifi olan hərbçiləri əsəbiləşdirmək üçün yalandan "Hərbçilərin ikiqat əmək haqqı azaldılmalıdır" kimi təxribatçı cümləni yazıb tirajlayır və xeyli başıboş insan da bilərəkdən və ya bilməyərəkdən bu təhqir kampaniyasının iştirakçısına çevrilir?

Deputat qeyd edib ki, Qarabağda həm separatçı, həm də erməni terrorçuları qalıb:

"Müharibəni bir dövlət olaraq gücümüz yetən səviyyədə hərbi və diplomatik uğurla tamamlamışıq, ancaq ağlı başında olan hər bir azərbaycanlı anlayır ki, bölgənin güclü dövlətləri ilə qarşdurmaya getmədən bundan sonrakı zamanda digər məsələlərini də addım-addım çözməyə çalışmalıyıq və çalışırıq da! Bu kimi süni gündəmin yaradılmasına sadə məsələ kimi baxmaq olmaz. Deputatı, yaxud da hansısa vəzifəli şəxsi qəbul etməyə bilərsən, onun fəaliyyətindən narazılıq da ifadə edə bilərsən, ancaq Qarabağ məsələsi üzərindən, hərbçilərimizin sıxıntıları üzərindən bu cür ustalıqla düşünülmüş çoxşaxəli yalan təbliğatın aparılmasında iştirak etməklə Azərbaycan maraqlarına nə qədər böyük zərbə vurduğunun fərqində olmalısan".

Fazil Mustafa bildirib ki, savaş başlamazdan bir gün öncə "bu hökumət Qarabağda erməniyə qalib gələ bilməz" deyənlər, indi bütün təbliğatı Rusiya sülhməramlıları, hərbçilərimizin duyğuları, Xankəndidə, Xocalıda məğlubiyyətdən miskin duruma düşmüş beş-altı erməninin boşuna sərsəmləməsi üzərindən aparırlar:

"Artıq qələbənin memarı olan Ali Baş Komandanın üzərinə böhtan və şantajla yüklənə bilmirlər, gecə-gündüz dövlət bəndinin haradan uçurulmasının yollarını axtarırlar. Qəbələ RLS-in sonrakı taleyi ilə bağlı məsələni yəqin ki, çoxumuz xatırlayırıq. Xəzərin statusunu necə, xatırlayırsınız? Türkmənistanla olan ziddiyyəti necə, eşitmisiniz? Bəzi məsələləri məhz bu cür diplomatik yolla, sakit formada burada da çözməliyik və inanıram ki, çözəcəyik. Başqa mövzularda haqlı tənqidlərinizi qəbul etmək, haqsız iftiralarınızı yola vermək mümkündür. Ancaq Allahı sevərsiniz, hədsiz vətənpərvər görünmək yarışını Qarabağ üzərindən, hərbçilərimiz üzərindən, məcburi köçkünlərimiz üzərindən apamayın və birliyimizi pozmağa yönələn erməni təbliğatının dəmkeşlərinə çevrilməyin"./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar