Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham İsmayılov: "Türk dilinə ironiya ilə yanaşan şəxsin bu dilə qarşı genetik uyğunsuzluğu ola bilər"

Tarix: 26-02-2021 22:25     Baxış: 2182 A- / A+
İlham İsmayılov: "Türk dilinə ironiya ilə yanaşan şəxsin bu dilə qarşı genetik uyğunsuzluğu ola bilər"
İlham İsmayılov

Fevralın 26-da Xural internet televiziyasında canlı yayımlanan "Siyasət meydanı" proqramında aparıcı Əvəz Zeynallı və jurnalist İkram Rafiqoğlu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin bir çox üzvləri haqqında ağır ittihamlar səsləndirib.

Reallıqinfo.az saytının rəhbəri İ.Rafiqoğlu bildirib ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri qeyri-hökumət təşkilatı rəhbəri kimi həm Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasından, həm də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından müxtəlif vaxtlarda böyük məbləğdə qrant layihələri alıblar. İttiham olunanlardan biri də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov olub. Jurnalistlərin İttihamlarını cavablandıran ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Azərbaycan Mətbuat Şurasında təmsil olunmağı Şuranın əsasnaməsinə uyğun olaraq müstəqil ictimai təşkilat sədri kimi Qurultayda Azərbaycan jurnalistləri tərəfindən dəstəklənib: "Təəssüf edirəm ki, proqramda mənim və rəhbərlik etdiyim təşkilatın fəaliyyəti, eyni zamanda təsisçisi olduğum "Birlik" jurnalı haqqında yetərincə məlumatı olmadan ittiham səsləndirilib, bizə qarşı qərəz nümayiş etdirilib. Səsləndirilən ittihamlara cavab olaraq bildirirəm ki, fəaliyyətimiz dönəmində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasından heç bir zaman maliyyə dəstəyi almamışıq. Azərbaycan Respublikasının QHT-lərlə bağlı siyasətinə uyğun olaraq, rəhbərlik etdiyim təşkilat il ərzində bir dəfə olaraq, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının il ərzində 4 dəfə elan etdiyi qrant müsabiqələrində iştirak edib, Şuranın layihələrlə bağlı tətbiq etdiyi kriteriyalara uyğun olaraq layihələri reallaşdırıb. QHT Şurası tərəfindən qalib hesab edilən layihələr şəffaf şəkildə ictimayyətə açıq olur. Məlumat üçün bildirirəm ki, QHT Şurasından alınan layihələr əsasında Avropa Parlamentində, Avropanın siyasi mərkəzlərində milli maraqlarımıza xidmət edən layihələr həyata keçirmişik, Xocalı soyqırımının tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirmişik. Odur ki, jurnalistlərə məsləhət görərdim ki, araşdırma apararkən ümumu deyil, hər kəsin fəaliyyətinə fərdi yanaşmalarla qiymət versinlər". İlham İsmayılov jurnalist İkram Rafiqoğlunun onun şəxsinə səsləndirdiyi bəzi fikirlərə də münasibət bildirib: "Jurnalistin tanımadığı bir şəxs haqqında məsuliyyətsiz, ironiya ilə danışması onun qərəzli, öz sözünün məsuliyyətini anlamayan biri olduğuna dəlalət edir. Mənim öz ana dilimdə danışığıma irad tutmağa çalışan, türk dilinə ironiya ilə yanaşan şəxsin bu dilə qarşı genetik uyğunsuzluğu ola bilər. Lakin bilməlidir ki, biz türk millətinin övladları olaraq, ana dilimizin dərin qatlarında danışarkən, bu gözəl dili mənimsəyə bilməyən kəsləri də qınamırıq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar