Xəbər lenti
Braziliyalı deputatlar Xocalı soyqırımı barədə məlumatlandırılıb - ŞƏKİL

Bu il 26 fevral Xocalı soyqırımının 29-cu ildönümüdür.
Manevr.az xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Məmmədli bununla əlaqədar olaraq, Braziliya və Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvlərinin Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə məlumatlandırıldığını bildirib.
M.Məmmədlinin sözlərinə görə, ünvanlanan məktubda günahsız həmvətənlərimizə qarşı erməni vəhşiliyinin, əliyalın insanlara qarşı genosidin təfərrüatı qeyd edilib. 20-ci əsrin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımının nəinki azərbaycanlılara, həmçinin bəşəriyyətə qarşı cinayət olduğu braziliyalı deputatların diqqətinə çatdırılıb.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































