Xəbər lenti
Gömrük Akademiyasının tələbələri gömrük orqanlarında təcrübəyə başladılar
Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri 22 fevral 2021-ci il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.
Manevr.az-a verilən məlumata görə, Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Akademiya rəisi son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də Akademiyada keçirilən beynəlxalq tədbirlərdən danışıb. Tələbələrin yüksək bilik və bacarıqlarının formalaşması üçün Akademiyada lazımi avadanlıq və şəraitin olduğunu bildirən Qulu Novruzov nəzəri fənləri uğurla bitirmiş "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələrinə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib.
Akademiya rəisi Dövlət Gömrük Komitəsinin struktur bölmələrində təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərlə buraxılış işlərini zənginləşdirəcəklərini deyib.
Qulu Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O, qeyd edib ki, tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənirlər. Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və uğurlar arzulayıb.
Qeyd edək ki, "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələri Akademiyanın müvafiq tədris planlarına əsasən bütün dərsləri uğurla başa çatdırıblar və ixtisasları üzrə gömrük sahəsi ilə əlaqəli buraxılış işi mövzuları seçiblər. Tələbələrin tədqiqat mövzularına müvafiq olaraq Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrində istehsalat təcrübəsi keçmələri uyğun görülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar