Xəbər lenti
"Lapşinin ekstradisiyası Ramil Səfərovun məsələsi qədər önəmlidir"
"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir".
Milli Məclis deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bloger Aleksandr Lapşinin Azərbaycana eksradisiya edilməsinə münasibət bildirib. Millət vəkili onun ölkəyə gətirilməsini mühüm hadisə kimi qiymətləndirib. Ə.Amaşov bu fikirini bir neçə cəhətdən izah edib.
"Əvvəla onu deyim ki, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir. Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb. Bu baxımdan qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymamışdır. 3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik", - o bildirib.
Amaşovun qeyd edib ki, Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə «bəhrələnmənin» bariz nümunəsidir: "Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir."
MŞ sədri A.Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının göstəricisi olduğunu hesab edir. Millət vəkili eyni zamanda bildirib ki, blogerin ölkəyə gətirilməsi dövlətin bu istiqamətdəki hər hansı diskonfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar