Xəbər lenti
Rusiyalı ekspert: “Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”
“Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib. Digər tərəfdən, bütövlüklə dağılıb yerlə yeksan olunmuş şəhər və kəndləri görmüşəm. O cümlədən Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”.
Manevr.az xəbər verir ki, bu fikirləri report-un Rusiya bürosuna hərbi ekspert İqor Korotçenko bu yaxınlarda Qarabağa səfəri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Qarabağda gördüyü şəhərlər sanki nüvə bombardmanına tutulması təəssüratı bağışlayırdı: “Bu, Azərbaycana qarşı nifrət bombasıdır. İndi Qarabağda çox böyük bərpa və quruculuq işləri görülməlidir. Bunun üçün uzun illər və külli miqdarda vəsait lazım olacaq”.
Ekspertin fikrincə, hazırda Ermənistanda səsləndirilən qisas çağırışları gerçəklikdən çox uzaqdır: “Azərbaycan Ermənistanın hərbi gücünü məhv etdiyinə görə hər hansı qisas mümkün deyil. Ermənistan ordusu darmadağın edilib. Onlar Azərbaycana hücum etmək istəsələr, beynəlxalq hüquqa görə hərbi təcavüz törətmiş olacaq və bu da onlara çox baha başa gələcək. Həm də belə olan halda, KTMT və Rusiyanın Ermənistana yardım etmək üçün heç bir əsası olmayacaq”.
Rusiyalı ekspert həmçinin bu günlərdə Ermənistanda Şuşa muzeyindən qəsb edərək apardıqları Azərbaycan xalçalarının sərgisini keçirməsini də qınayıb: “Azərbaycanın milli sərvəti olan həmin xalçalar Şuşa şəhərindən aparılıb. Mənim fikrimcə, bu, dövlət səviyyəsində qarətçilikdir və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə pislənməlidir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar