Xəbər lenti
Vaksinasiya qalmaqalı: səhiyyə naziri istefa verdi
Argentinanın səhiyyə naziri Hines Qonzalez Qarsiya ölkədə hökumətə yaxın şəxslərin növbədənkənar peyvənd edilməsi ilə əlaqədar qalmaqalın başlamasından sonra istefa verib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, məmur istefası barədə bəyanatın mətnini tvitterdə dərc edib.
"Sizin xahişinizə cavab olaraq mən səhiyyə naziri postundan istefa verirəm", - ölkə Prezidenti Alberto Fernandesə ünvanlanmış məktubda deyilir. Daha əvvəl "Todo Noticias" telekanalı bildirmişdi ki, ölkə başçısı nazirdən istefa verməsini xahiş edib.
Qalmaqalı şərh edən Qonzalez Qarsiya qeyd edib ki, peyvənd olunanların hamısı gedən kampaniya çərçivəsində üstünlük verilən şəxslər qrupuna daxildir. Onun fikrincə, yaranmış vəziyyət anlaşılmazlığın nəticəsidir.
Daha sonra məlum olub ki, Argentina Prezidenti səhiyyə nazirinin müavini Karla Vissottini qurumun yeni rəhbəri təyin edib.
Daha əvvəl argentinalı jurnalist Horasio Verbitski "El Destape" radiostansiyasının efirində köhnə dostu Hinesə müraciət etdikdən sonra koronavirusdan peyvənd oluna bildiyini deyib. "Clarin" qəzetinin məlumatına görə, jurnalistlə yanaşı, ictimaiyyətə bildirilmədən və əhalinin immunizasiya planı çərçivəsindən kənarda bir neçə qanunverici və məmur da peyvənd olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar