Xəbər lenti
Martın 1-dən məktəblər yenidən bağlanır? - RƏSMİ CAVAB
Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
Manevr.az bildirir ki, bu barədə sosial şəbəkələrdə və "Whatsapp" qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb.
Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxlanılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun baku.ws-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.
"Məktəblərdə vəziyyət stabildir. Təkcə Nərimanov rayonunda yerləşən məktəbdə yoluxma qeydə alınıb. Bununla bağlı da dünən məlumat yaymışıq", - deyə Cəsarət Valehov bildirib.
Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.
Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar