Xəbər lenti
Namiq Dəlidağlı: "Vəzifə borcumuzu yerinə yetirərkən bizim işimizə də yersiz müdaxilələr olub..."
Xəbər verdiyimiz kimi Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubad oğlu Qubadov adı çəkilən rayon ərazisində fəaliyyət göstərən bərbərxanada işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Bundan sonra sahə müvəkilli qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Daha sonra polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb. Hadisə cəmiyyətdə hiddətlə qarşılanıb.
Bu barədə Manevr.az-a açıqlamasında tanınmış jurnalist Namiq Dəlidağlı bildirdi ki, biz hüquqi dövlətdə yaşayırıq. Hər bir vətəndaşımızın hüququ konstitusiyamızla qorunur: "İctimai qınağa səbəb olan bu olay, sözsüz ki, polis adına ləkə gətirməklə bərabər kobud hüquq pozuntusudur. Eləcə də qadına əl qaldırmaq əxlaqi cəhətdən yolverilməzdi və mental dəyərlərimizə ziddi. Əfsuslar olsun ki, öz işinin öhtəsindən layiqincə gələn, asayişin keşiyində duran polislərimizlə yanaşı, vətəndaşlarda qıcıq yaradan, kobud qanun pozuntularına yol verən, belə vəzifəli polislər də var. Onu da təəssüflə qeyd edim ki, polis sıralarında hələ də onlarla vəzifəsinin nədən ibarət olduğunu bilməyən, vətəndaşlarımızla kobud davranan polislər var. Atalarının, dayılarının, əmilərinin və daha nələrin hesabına polis sıralarına yerləşdirilən həmin adamlar, nə öz işinə, nə də vətəndaşa hörmət etmirlər. Hətta jurnalist olaraq öz vəzifə borcumuzu yerinə yetirərkən dəfələrlə bizim işimizə də yersiz müdaxilə ediblər."
N.Dəlidağlı onu da vurğuladı ki, nazir Vilayət Eyvazovun vəzifəsindən sui-istifadə edən polisi işdən uzaqlaşdırması təqdirə layiq haldı:"Bu bir daha qanunun aliliyinin göstəricisidi. Və inanıram ki, bu kimi hallara indi olduğu kimi, bundan sonra da operativ reaksiya veriləcək, vəzifə borcunu yerinə yetirə bilməyən polislər öz layiqli cəzalarını alacaqlar. Qanunun aliliyini təmin etmək, vətəndaşlarımızın hüquqlarınının qorunması hər kəsin vəzifə borcudu",- deyə jurnalist fikrini tamamlayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı araşdırma aparıb, yekunda fakt təsdiqini tapıb. Camal Qubadov polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar