Xəbər lenti
Ərazilərin bərpası: xaricdəki soydaşlarımız nə edir?

İşğaldan azad edilən torpaqlarımızın yenidən qurulmasında bir çox ölkəni təmsil edən investor şirkətlərin iştirakı artıq rəsmiləşmək üzrədir. Maraqlıdır, görəsən xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı milyonçular, iş adamları ərazilərimizin bərpasında rol almaq istəyirmi? Onlar bu prosesə necə qatılmaq niyyətindədirlər: investisiya qoymaq, ianə, yoxsa maddi dəstəklə?
Məsələ ilə bağlı açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması prosesində yaxından iştirak etmək üçün çoxsaylı müraciətlər edirlər.
“Təbii ki, böyük maraq hiss edirik, xaricdəki azərbaycanlılar bu prosesdə yaxından iştirak etməyə can atır. Azərbaycan diasporunun ianələri və ümumiyyətlə, Qarabağın dirçəlişinə diasporun maddi dəstəyi ilə bağlı rəsmi rəqəmləri YAŞAT və Qarabağ Dirçəliş fondlarından almaq olar. Bu məsələdə rəsmi rəqəmləri açıqlamaq həmin qurumların səlahiyyətindədir.
Bütövlükdə isə prosesə xaricdə yaşayan azərbaycanlıların marağı çox böyükdür”, - o bildirib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar