Xəbər lenti
Prezidentin sərəncamı ilə ləğv edilən müəssisə müraciət etdi
Mingəçevir Şüşə Lifi ASC ləğv olunması ilə əlaqədar kreditorlarına müraciət edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 108 A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Mingəçevir Şüşə Lifi" Prezident İlham Əliyevin ötən il dekabrın 26-da imzaladığı, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 22 mart 2001-ci il tarixli sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafına dair tədbirlər barədə sərəncamına əsasən ləğv olunub. Müəssisənin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilib və Təhsil Nazirliyinin daimi istifadəsinə verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar