Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Artıq nazirlər və siyasətçilər də Ermənistandan qaçır

Tarix: 08-02-2017 08:11     Baxış: 5305 A- / A+
Artıq nazirlər və siyasətçilər də Ermənistandan qaçır



Ermənistanda miqrasiya ilə bağlı göstəricilər çoxdan faciəli həddə çatıb.

Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, hər ay on minlərlə vətəndaş ölkəni tərk edir. Amma Serj Sarkisyanın iki müddətlik prezidentliyi dövründə, yalnız rəsmi məlumatlara görə, Ermənistandan hər yeddi nəfərdən biri gedib.

İşsizlik, siyasi repressiyalar, Qarabağda müharibə - bütün bunlar insanları ölkə xaricində daha sakit və ləyaqətli həyat axtarmağa məcbur edir. Yüksək vəzifəli, özü də kifayət qədər kapital yığmış məmurların başlanmış qaçışı ölkənin həm iqtisadi, həm də siyasi cəhətdən sərfəli olmamasının danılmaz sübutudur.

Bir az əvvəl KİV-ə informasiya sızdı ki, sabiq maliyyə naziri Qaqik Xaçatryan ailəsi ilə birlikdə ABŞ-a gedib. Ona qədər, yenə ailəsi ilə birgə ölkənin təhlükəsizlik idarəsinin rəisi, eyni zamanda Respublika partiyası Vardenis rayon təşkilatı qərargahının başçısı ölkəni tərk etmişdi.

İndi isə mühacirlərin sırasına “Azadlıq" radiosu erməni filialının sabiq-direktoru, politoloq Aqasi Yenokyan da qoşulub. Bu yaxınlara qədər o həm də Ermənistan hökuməti yanında KİV-lə iş üzrə idarə rəisi idi. Deyilənə görə, o, San-Fransiskoda məskən salıb.

Yenokyanın “Feysbuk”dakı son yazısı xüsusi diqqət çəkir. Görünür, indiki Ermənistan üçün dəqiq təyinlər tapmadığından, o, Lermontovun məşhur şeirindən bir misranı misal gətirib: "Bağışla, yuyulmamış Rusiya!".

Hərçənd istisna edilmir ki, o bununla həm də özünün Rusiyadan olan himayədarlarına təşəkkürünü çatdırıb...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar