Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri vebinarda iştirak ediblər

Tarix: 16-02-2021 17:37     Baxış: 3164 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri vebinarda iştirak ediblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Natiqlik bir sənətdir” mövzusunda təşkil olunan vebinarda iştirak ediblər.

Manevr.az-a verilən xəbərə görə, tədbirdə Zaur Cahangirovun mövzu ətrafında geniş məruzəsi dinlənilib. Məruzəçi öncə natiqlik mədəniyyətinin yaranma tarixindən danışıb. Qeyd edib ki, natiqlik üç əsas komponentdən – danışmaq, dinləmək və düşünməkdən ibarətdir. Müasir zamanda səlis nitq qabiliyyətinin inkişafının mütləq olduğunu qeyd edən Z.Cahangirov söz ehtiyatının formalaşması üçün səsli kitab oxumağın vacibliyinə toxunub. Bildirib ki, yaxşı natiq olmaq üçün dinləməyi bacarmaq lazımdır: “Dinləməyin – Çin dilindəki qarşılığı “Mən sənə qulağımı, gözlərimi, qəlbimi və diqqətimi verirəm”, – deməkdir.”
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri vebinarda iştirak ediblər

Z.Cahangirov gənclərə natiqliyin növlərindən bəhs edib, onlara aid nümunələr gətirib. Məruzəçi dini natiqlikdən danışarkən Məhəmməd peyğəmbərin Vida xütbəsini misal gətirib.

Daha sonra bəlağət elmi haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təkliflərinin reallaşması üçün müxtəlif layihələrdə və maarifləndirici seminarlarda iştirakına xüsusi diqqət yetirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar