Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda icra başçısının pulu oğurlandı - 250 min manat

Tarix: 15-02-2021 11:58     Baxış: 4131 A- / A+
Azərbaycanda icra başçısının pulu oğurlandı - 250 min manat


Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır...

Tərtər rayonundan daxil olan bir məlumatda iddia olunur ki, rayonun icra başçısı Müstəqim Məmmədov öz tələbə yoldaşı və "sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb.

Manevr.az xəbər verir ki, bir sahibkara satılan torpağın 250.000 (iki yüz əlli min) manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var.

Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib:

"Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib.”

Məlumatda qeyd olunur ki, bu hadisələrdən "şoka düşən” başçı günlərdir özünə gələ bilmir. (azpolitika.info)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar