Xəbər lenti
Qarsdan dünyaya mesaj, ermənilərə gözdağı: Təlim bitdi, müharibə...
Ermənistanla sərhəd bölgə olan Qarsda Türkiyə-Azərbaycan birgə təlimləri fevralın 12-də başa çatdı. Bu hərbi təlimlər dünyaya bir gözdağı idi. Müdafiə naziri Zakir Həsənovun təlimlərin yekun mərhələsini izləmək üçün Qarsa getməsi, orada Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla birgə təlimlərə baxması, verilən bəyanatlar beynəlxalq aləm üçün son dərəcə ismarış xarakteri daşıyırdı.
Xüsusən də H.Akarın “Bundan sonra Azərbaycanın haqlı mübarizəsində onun yanında olacağımızı dünya bilməlidir” bəyanatı kifayət qədər əhəmiyyətli idi. Z.Həsənov da “Qış təlimi-2021" təlimlərində çıxışı zamanı söylədi ki, müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda idi: ”Siyasi, mənəvi və diplomatik dəstəklərlə yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir".
Hətta təlimlərini izləyəndən sonra nazirlər ərazidəki səhra çörəkxanasına baş çəkiblər. Akar çörəklərdən birini götürərək onu həmkarı ilə bölüşüb. Ümumiyyətlə, 44 günlük müharibədən sonra bu, iki qardaş ölkənin ilk ortaq təlimi idi. Görünür, həm də bu səbəbə Ermənistanda xüsusi bir təlaş yaşandı. Eyni zamanda, Rusiyada erməni lobbisinə bağlı çevrələr, ekspertlər qızışdırıcı mövqe tutaraq, İrəvanı daha da qorxutmağa və Moskvadan daha bərk yapışmağa sövq etməyə çalışdılar.
Belə panika üçün əsas varmı? Bəlkə də var. Çünki bu il Naxçıvanı birmənalı olaraq Azərbaycan ərazisi kimi tanıyan və Ermənistan SSR-nin də imza atdığı Qars müqaviləsinin 100 ili tamam olacaq. 2021-ci ilin 13 oktyabrında məlum sənədin bir əsri qeyd oluna bilər. Amma indidən sənədi qonşu ölkədə şübhə altına almağa cəhdlər, hətta ləğvinə çağırışlar edilir.
Manevr.az xəbər verir ki, polkovnik Şair Ramaldanov musavat.com-a açıqlamasında bu təlimlərin planlı olduğunu söyləyib:
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə silahlı qüvvələrinin münasibətləri çərçivəsində hər il birgə fəaliyyət planı hazırlanır:
“Burada bütün tədbirlər və təlimlər planlaşdıırlır. Qarsda keçirilən bu təlimlər də əvvəlcədən planlaşdırılmışdı, nəzərdə tutulan heyət hazırlaşırdı. Təlimlər ağır hava şəraitində, kəskin relyef ərazidə Türkiyə ilə birgə hədəfləri ələ keçirmək, qarşıya qoyulan tapşırıqları yerinə yetirmək, əlaqələndirmə məsələlərini inkişaf etdirmək, təkmilləşdirmək məqsədi daşıyırdı. Digər təlimlərdən fərqli olaraq, bu təlimdə Azərbaycan hərbçiləri qalib ordunun nümayəndələri kimi iştirak etdilər. Bu da ruh yüksəkliyi və rəng qatırdı. Hərbçilər qürur və sevinc hissi ilə təlimlərə qatılmışdılar”.
Polkovnik hesab edir ki, Türkiyə SQ-nin hərbçiləri bizim hərbçilərin peşəkarlığını həmişə yüksək qiymətləndirirlər:
“Ermənilərin narahatlığına gəlincə, bunu da anlamaq olar. İndiyədək Türkiyə Azərbaycanın yanında olduğunu bütün dünyaya bildirsə də, bu şəkildə olmamışdı. Sözsüz ki, qardaşlıq münasibətləri, ”bir millət iki dövlət" birliyi olub, amma Prezident İlham Əliyev bu əlaqələri o dərəcədə inkişaf etdirdi ki, biz müharibədə Türkiyədən mənəvi dəstək gördük.
İndi ermənilər təşvişə düşüblər ki, Türkiyə kimi güclü dövlət yanımızdadır. Ermənistanın arxasında Rusiyanın olmasını rəsmi İrəvan reklam edirdi. Bundan sonra deyə bilərik ki, yanımızda Türkiyə var, bir az da o yana Pakistan var. Prezidentin bu müdrik siyasəti nəticəsində qələbə ilə Azərbaycanın nüfuzu artıb".
Ş.Ramaldanovun fikrincə, Türkiyə-Azərbaycan yaxınlığına regionda stabilliyə zəmanət kimi baxmaq lazımdır:
“Hər iki ölkənin məqsədi birdir - Cənubi Qafqazda sülhün bərqərar olması, kommunikasiya, logistika, iqtisadi intqerasiya inkişaf etsin. Bu prosesdə iştirak edəcək ölkələr yalnız qazana bilər. Bu sahədə də iki qardaş ölkənin yaxınlığı regionda stabilliyin qarantına çevirir. Azərbaycanın heç bir qonşu ölkəyə ərazi iddiası yoxdur və hamı ilə qonşuluq, dostluq siyasəti aparır, eləcə də Türkiyə. Ona görə birgə təlimlər iki ordunun birgə hər hansı istiqamətə fəaliyyət göstərməyə məşqdir. Buna sevinirik, Prezident həmişə deyir ki, ”bizi istəyənlər görüb sevinsin, istəməyənlərin gözü çıxsın". Bu təlimlərdən sonra dostlarımız sevinsin, ermənilərin də gözü çıxsın".
Ehtiyatda olan türk polkovnik Hasip Saygılı isə qeyd edib ki, belə təlimlərin bir məqsədi də bəd niyyətlilərə mesaj verməkdir:
“Beynəlxalq münasibətlərdə məsələlərin necə inkişaf edəcəyini sadəcə bir tərəf müəyyənləşdirə bilməz. Və həmin proseslərə sadəcə bir tərəf də nəzarət edə bilməz. Təlim hər şeyə, o cümlədən müharibəyə hazırlıqlı olmaq deməkdir. Amma savaş bir neçə faktorun təsiri ilə başlaya bilər. Yəni sadəcə təlimlə ”müharibə başlayır" deyə düşünmək doğru deyil. İkinci bir tərəfdən isə təlimlər təkcə Ermənistana deyil, eləcə də, Rusiya və İrana Azərbaycan-Türkiyə ittifaqını xatırladan növbəti məqam kimi qiymətləndirilməlidir. Bütün hallarda, ortaq təlimlər xeyirlidir. Bu, uzun illər birlikdə addımlayan iki qardaş ölkənin əməldə də iş birliyinin təzahürüdür. “Dəmir yumruq” hərbi əməliyyatı isə bu fikirlərin xəbərçisi idi. Ortaq fəaliyyətlər davam etməlidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar