Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Tarix: 12-02-2021 14:26     Baxış: 3143 A- / A+
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında fevralın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 15-19, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 13-də Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edib. Belə ki, fevralın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Fevralın 13-də Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar